Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq məhz igid ordumuz sayəsində baş tutdu

Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq məhz igid ordumuz sayəsində baş tutdu
Ordun varsa yurdun var. Bu söz hər bir ölkənin quruculuğu, inkişafı üçün deyilmişdir. 2003-cü ildən etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin əsas amillərindən biri kimi müəyyənləşdirilmişdir. Planlı və düşünülmüş siyasət nəticəsində ordumuz qabaqcıllar sırasına keçə bildi. 44 günlük müharibə şəraitində düşmənə vurulan sarsıdıcı zərbələr məhz ordumuzun maddi-texniki bazasının mükəmməliyi nəticəsində sərrast oldu. Ordu quruculuğunun inkişafı Prezident İlham Əliyev tərəfindən xüsusi diqqətlə izləndi və bu da öz nəticəsini Zəfərlə sonlandırdı. Biz nəinki Zəfərə imza atdıq, həm də hərbi naliyyətlərimizi bütün dünyaya bəyan və sübut etdik.
Zəfər ordusu formalaşdı. Ordunun müdafiə qüdrəti və döyüş qabiliyyəti artdı. Məhz bizim ordumuzun qüdrəti nəticəsində Qələbəmiz əbədiləşdi. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıq məhz igid ordumuz sayəsində baş tutdu.
Dəmir yumruq altında birləşən dövlət bir daha sübut etdi ki, ordumuz varsa elimiz, obamız da var.
Hərbi qüdrətimizin aşikar nümayişi isə Zəfər yürüşü oldu. Zəfərin hər anı hiss olundu bu yürüşdə. Parlaq qələbəmizin nüansları bir-bir nümayiş edildi. Deyirlər bərkə-boşa düşməsən nəyə qadir olduğunu dərk edə bilməzsən. Azərbaycan inkişaf edərək öz torpaqlarını azad etdi və Zəfəri özünə yaşatdı. Xalqın inamını hiss edərək inamlı islahatlar aparıldı və siyasi vəziyyət bizim xeyrimizə irəlilədi.
Ordumuzun qüdrəti sayəsində, Dəmir yumruq ətrafında birləşib Azərbaycan öz Zəfərini yaşadı və yaşatdı.
Zəfər günün, Zəfər yürüşün mübarək Azərbaycan Ordusu!

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Vəfa Tağıyeva

Oxşar xəbərlər