Almaniyada II Dünya müharibəsindən sonra bir ilk yaşandı

Almaniyada II Dünya müharibəsindən sonra bir ilk yaşandı Almaniyada İkinci Dünya müharibəsindən sonra bir ilk yaşanıb.

Xarici KİV xəbər verir ki, Türingiya əyalətində parlament seçkiləri keçirilib.

Təxminən 5 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.

Almaniyanın Birinci Televiziyası ARD tərəfindən açıqlanan ilk exit-poll nəticələrinə görə, ifrat sağçı populist Almaniya üçün Alternativ Partiyası (AfD) 30,8% səslə lider olub.

3,3 milyon seçicinin olduğu Saksoniyada isə 31,5 % səslə CDU birinci, AfD 30%-lə ikinci olub.

Federal hökumətin əsas tərəfdaşı Baş nazir Olaf Şolzun Sosial Demokrat Partiyası (SPD) əvvəlki seçkilərlə müqayisədə 1,2 xal itirərək 7% səs toplayıb.

Beləliklə, Almaniyada İkinci Dünya Müharibəsindən sonrakı dövrdə ilk dəfə olaraq əyalət parlamenti seçkilərində ifrat sağçı partiya qələbə qazanıb.

Oxşar xəbərlər