
“Reuters”in yaydığı məlumata görə, alman kansler partiyasının rəyasət heyətinin toplantısında dekabr ayında keçiriləcək qurultayda liderliyə namizəd olmayacağını bildirib. Angela Merkel bu vəzifəni 2000-ci ildən bu yana tutur.
Merkelin qərarında Hessen əyalətində keçirilən seçkilərin böyük rol oynadığı qeyd olunur. (Partiyanın səsləri 38%-dən 27%-ə düşüb)
Almaniyanın “Bild” qəzetinin məlumatında isə Merkelin son reytinqlərdə 24%-ə qədər gerilədiyi bildirilmişdi. Həmin rəy sorğularında “Yaşıllar”ın səslərinin 20%-ə qədər yüksəldiyi qeyd olunub.
Rusiyapərəst “Almaniya üçün Alternativ” partiyasının isə 16% nüfuza malik olduğu ortaya çıxıb.(musavat.com)