Bu gün biz başımız dik halda,böyük qürurla deyə bilərik ki, Laçın düşmən tapdağından azad olmuş, öz doğma sahibinə-Azərbaycanına təhvil verilmişdir

Bu gün biz başımız dik halda,böyük qürurla deyə  bilərik ki, Laçın düşmən tapdağından azad olmuş, öz doğma sahibinə-Azərbaycanına təhvil verilmişdir
Abdallar kəndi 1923-cü ildə Laçın adlandırılaraq şəhər statusu alıb.Rayon Kəlbəcər, Qubadlı, Xocalı, Şuşa, Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır.
72 min hektar yaylaq sahəsinə və 34 min hektar meşə massivinə malik olan Laçınımız 1992-ci il 18 may tarixində mənfur ermənilərin işğalına məruz qalmış, 300-dən çox hərbi və mülki şəxs həlak olmuş,itkin düşmüşdür.
Laçının işğalı böyük Azərbaycan xalqının faciəsi idi, fəlakəti idi. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozdu və Suriyadan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti apardı və demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul olmağa başladı.
Bu gün biz başımız dik halda,böyük qürurla deyə bilərik ki, Laçın düşmən tapdağından azad olmuş, öz doğma sahibinə-Azərbaycanına təhvil verilmişdir. Cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində nəinki Laçın,bütün Qarabağ yenidən bizə geri qayıtdı.
Cənab prezident Laçın barədə geniş məlumat vermiş,şəhərdə aparılan quruculuq işlərindən danışmışdır. Belə ki, işğaldan sonrakı mərhələdə bütövlükdə 700-dən artı bina inşa edilmiş, 620-si yaşayış fərdi yaşayış binası, 9 çoxmənzilli bina, 144 mənzil hazırlanmışdır.
Laçın həm də turizm məkanıdır.Nəinki azərbaycanlılar,eyni zamanda əcnəbilər də buranın təbiətinə-havasına məftun olurlar.
Şəhərin giriş hissəsində çaykənarı bulvar salınmışdır. Həkəri çayında astana və göl yaradılmış, gölün üzərində asma körpü inşa edilmişdir. Tezliklə çimərliklərin salınması nəzərdə tutulur.
Laçınlılar 31 ildən sonra öz doğma ocaqlarına qovuşmuş,ev və işlə təmin olunmuşlar.
Ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən Cənab prezident İlham Əliyev tez-tez Laçın sakinləri ilə görüşlər təşkil edir,onların fikirləri ilə tanış olur,hərtərəfli dəstək olur.

Maştağa qəsəbəsi ,209 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı fənni müəllimi Nigar Fərzəliyeva

Oxşar xəbərlər