Qarabağ işğaldan azad edildi

Qarabağ işğaldan azad edildi
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı,bölmələrimizin yüksək peşəkarlığı sayəsində Azərbaycan Ordusunun canı-qanı bahasına Ermənistan ordusu darmadağın edildi. Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri bir daha göstərdi ki, bütün azad edilmiş torpaqlarımız ən qısa zamanda əvvəlki şöhrətini bərpa edəcək. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfəri bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkə başçısı səfər zamanı həyata keçirilən quruculuq bərpa işləri ilə tanış oldu, bölgənin inkişafı ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Hazırda Laçın rayonunda mühüm infrastruktur layihələri reallaşdırılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də Kəlbəcər-Laçın avtomobil yoludur. Hazırda bu yolun və yol üzərində tunellərin inşası davam etdirilir. Kəlbəcər-Laçın avtomobil yolu başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçir. Yeni yol yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə və yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcək. Bundan əlavə Prezident İlham Əliyev Su Elektrik Stansiyalarının açılışlarında, inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak edib,Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi,Laçın rayonunuda mebel fabrikinin açılışı, modul evlərin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri bir daha göstərdi ki, Azərbaycan qısa müddət ərzində işğaldan azad olunmuş əraziləri bərpa etmək, məskunlaşmanı qısa müddətdə reallaşdırmaq niyyətindədir. Azərbaycan ordusu azad edilmiş torpaqlarda möhkəmlənir, bundan sonra da mövqelərimizin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq. Bu torpaqların əsl sahibləri artıq qayıdıb,laçınlılar 31ildən sonar öz doğma kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar və bundan sonar əbədi olaraq burada yaşayacaqlar!

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Türkan Osmanova

Oxşar xəbərlər