Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir

Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir
18 avqust 2024 cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Vladimir Putinin cənab İlham Əliyevlə görüşü baş tutub. Görüş zamanı prezident İlham Əliyev Azərbaycan-Rusiya münasibətlərinə toxunub.
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 4-də qurulmuşdur.
Rusiyanın Bakıdakı Səfirliyi isə rəsmən 1992-ci ilin sentyabrın 25-də fəaliyyətə başlayıb.
İkitərəfli münasibətlərin müqavilə-hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ilin iyulun 3-də imzalanmış Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilədir.
Azərbaycan Respublikasına Rusiya Prezidenti Vladimir Putinin 9-10 yanvar 2001-ci il tarixli rəsmi və 21-22 fevral 2006-cı il tarixli işgüzar səfərləri, habelə Rusiya Prezidenti Dmitri Medvedevin 3-4 iyul 2008-ci il tarixli rəsmi və 29 iyun 2009-cu il tarixli işgüzar səfərləri baş verib.
16 aprel 2001-ci il tarixində imzalanmış “Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında” Sazişə əsasən Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilmişdir. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlament ilə müəyyən olunmuşdur. Komissiyanın tərkibinə Milli Məclisdən 20 nəfər, Federasiya Şurasından 12 nəfər və Dövlət Dumasından 10 nəfərdən daxildir. Komissiyanın həmsədrləri Rusiyanın Federasiya Şurası və Azərbaycanın Milli Məclisi sədrinin müavinləridir. Komissiyanın sonuncu iclası 22 iyun 2022-ci ildə Moskvada Federasiya Şurasının sədr müavini Qalina Karelova və çıxışında Azərbaycan və Rusiyanın çoxəsrli əlaqələri haqqında xatırladan Azərbaycan Respublikası Milli Məclisinın birinci sədr müavini Əli Hüseynlinin rəhbərliyi ilə keçirilib.
Azərbaycan və Rusiya həmçinin MDB Parlamentlərarası Assambleyası (MDB PAA) çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər. 28 oktyabr 2022-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Səmərqənddə Federasiya Şurasının sədri Valentina Matvienko ilə görüş keçirib və qeyd edib ki, MDB PAA ikitərəfli və çoxtərəfli münasibətlərin dərinləşdirilməsi üçün mühüm meydançadır, və bu istiqamətdə əməkdaşlıq Rusiya ilə Azərbaycan arasında münasibətlərin genişlənməsinə töhfə verir.
Azərbaycanla Rusiya sıx ticari-iqtisadi münasibətlərə malikdirlər. 2022-ci ilin 10 ayının yekunlarına görə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi $2,8 milsiyayard təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,3 faiz çoxdur. Bu dövrdə R ilə ticarət əməliyyatlarının payına respublikanın xarici ticarət dövriyyəsinin cəmi 6,19%-ni təşkil etmişdir. 2021-ci ilin yekunu üzrə Azərbaycan ilə Rusiya arasında mal dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artıb və $2,99 milyarda çatıb. 2021-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83%-ni təşkil edib.
Rusiya Azərbaycandan əsasən qeyri-neft məhsulları idxal edir: 2022-ci ilin sentyabrında Rusiya Azərbaycandan $74,6 milyon dəyərində məhsul alaraq qeyri-neft sektoru mallarının ən böyük idxalçıları siyahısında birinci yeri tutub. Cəmi 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan RF-na $602,2 milyon dəyərində qeyri-neft məhsulları ixrac edib. Öz növbəsində Azərbaycan Rusiyadan geniş çeşiddə məhsullar alır. Belə ki, 2021-ci ildə Rusiyanın Azərbaycana ixracının strukturunda 32,8% ərzaq məhsulları və kənd təsərrüfatı xammalının payına düşüb. Xüsusilə, Azərbaycan tərəfindən alınan buğdanın 95%-dən çoxu Rusiyadan idxal edilib, Azərbaycan isə 2022/2023-cü kənd təsərrüfatı ilində Rusiyadan 1,5 milyon tona qədər buğda idxal etməyə ümid edir.
Rusiya Hökumətinin məlumatına görə, 2022-ci ilin noyabrına olan məlumata görə, Rusiyanın 70-dən çox subyekti Azərbaycanla əməkdaşlığı inkişaf etdirir, onların dörddə birinin ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişləri var.
Bu gün iki ölkə arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu sənəd, təbii ki, proqram xarakterlidir və əlaqələrin gələcək inkişafını özündə ehtiva edir. Planda əksini tapan 5 “yol xəritəsi” ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasını, nəqliyyat potensialının inkişafını, birgə müəssisələrin yaradılmasını, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsini, həmçinin humanitar əlaqələri nəzərdə tutur.
Eyni zamanda, iki ölkənin birgə yaratdığı müəssisələrin sayı artır. “R-Farm” dərman istehsalı zavodu, “Penopleks” izolyasiya materialı istehsalı zavodu, “Mi” helikopterlərinin təmiri və texniki xidməti üçün xidmət mərkəzi bu müəssisələrdən bir neçəsidir.
Dekabrın 9-da Bakıda keçirilən iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclasında imzalanan sənədlər də iki ölkə arasında iqtisadi sahədə əlaqələrin dərinləşdiyini göstərir. Belə ki, 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksi və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları olduqca strateji xarakter daşıyır. Bu sahələrin inkişafının təşviqi hər iki ölkənin strateji prioritetləri sırasındadır. Dərhal, xatırladaq ki, ötən il Azərbaycana 900 min turist gəlib. Cari ildə həmin göstəricinin bir qədər də artacağı gözlənilir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər