İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi

İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirdi İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubunda yerləşən “Hizbullah”ın hərbi obyektlərinə, o cümlədən silah anbarına zərbələr endirib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Bundan əlavə, Şebaa və Raçaya Əl-Fuxar ərazilərindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriyadan da atəş açılıb.

Həmçinin bildirilib ki, Malkia bölgəsində partlayıcı daşıyan pilotsuz təyyarə düşüb. Onun Livan tərəfdən gəldiyi deyilir.

Oxşar xəbərlər