
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb. Bildirilib ki, İsrail ordusunun Hələbin şimal-şərq hissəsinə atdığı raketlərdən bir neçəsi ölkənin raket əleyhinə müdafiə sistemləri tərəfindən məhv edilib.
Hücüm nəticəsində bütün Hələbdə elektrik enerjisinin verilişi dayandırılıb.