Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var

Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var Qarabağ problemini kökündən həll edən Azərbaycan artıq dünya birliyində sabitlik məkanı imicini qazanıb. Məhz buna görə də Azərbaycana xarici dövlət rəhbərlərinin , şirkət nümayəndələrinin səfərləri olur, müqavilələr imzalanır, nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Artıq ölkəmiz bu sahədə kifayət qədər təcrübə əldə edib. Son illər paytaxt Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin intensiv xarakter daşımasının əsas səbəbi təhlükəsizliyin təmin olunmasıdır. Artıq işğaldan azad olunmuş Şuşa şəhəri də reytinqli tədbirlərin keçirilməsinə qucaq açıb.
Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. “Azərbaycan bu Hərəkata dörd il sədrlik etdi. Bu müddət ərzində 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq” deyən İlham Əliyev müsahibəsində Avropa İttifaqı ilə bağlı münasibətlərə də toxunub. Prezident bildirib ki, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalamış və qəbul edilmişdir.
Eyni zamanda Azərbaycanda daha mühüm əhəmiyyətli tədbirin keçirilməsi qərara alınıb. Təbii ki, söhbət COP 29-dan gedir. Bu tədbirin respublikamızda keçirilməsi siyasi və iqtisadi cəhətdən böyük əhəmiyyətə malikdir. Hazırda bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri gedir.
Ölkə başçısı həmçinin bildirib ki, bu tədbirdə qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. COP 29-un ölkəmizin “yaşıl enerji” siyasətinə verdiyi töhfələr də önəmli olacaq.
Prezident istinadla qeyd edib ki, Azərbaycan COP 29 üçün yenilik olan bir təşəbbüsü irəli sürmüşdür. “Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın, sonra Braziliyanın təcrübəsindən istufadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi məsələlərdə iştirak edir”.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişaf və möhkəm ictimai siyasi sabitlik mühiti formalaşıb. Xüsusilə mötəbər tədbirlərə ev sahibliyi etməyimiz onu deməyə əsas verir ki, COP 29 dünyaya yeni nəfəs gətirəcək , eyni zamanda bu toplantı respublikamızın nüfuzunu daha da artıracaq, dünyanın diqqətini ölkəmizə yönəldəcək. Ölkəmizin 2024-cü ildə dünyanın ən böyük tədbirlərindən olan COP 29-a ev sahibi seçilməsi həm də ölkəmizə inam və etimadın yüksək göstəricisidir. Bütün bu deyilənlər Azərbaycan Prezidentinin növbəti qələbəsidir.


Maştağa qəsəbəsi 187 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi İlahə Həsənova


Oxşar xəbərlər