Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir

Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir
“Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var”.
Bunu Prezident İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibəsində deyib.
Azərbaycan artıq dünya birliyində sabitlik məkanı imicini qazanıb. Məhz buna görə də nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini respublikamızda keçirməyə üstünlük verirlər. Artıq ölkəmiz bu sahədə kifayət qədər təcrübə əldə edib. Son illər paytaxt Bakıda nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinin intensiv xarakter almasının da əsas səbəbi təhlükəsizliyin təmin olunması və insidentsiz başa çatmasıdır. Artıq işğaldan azad edilmiş Şuşa şəhəri də reytinqli tədbirlərin keçirilməsinə qucaq açıb.
Dövlətimizin başçısının müsahibəsindəki bəzi məqamları da vurğulayan hüquq müdafiəçisi deyib ki, ölkələrin malik olduqları təbii sərvətlərə görə mühakimə olunması düzgün yanaşma deyil. Prezidentin dediyi kimi, əslində, ölkələr onlardan necə istifadə etdiklərinə görə mühakimə olunmalıdırlar. Prezident diqqətə çatdırıb ki, COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Azərbaycan həm də OPEC+ üzv ölkəsidir.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Aygün Abbasova


Oxşar xəbərlər