
Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberg İqlim Dialoqu"nun Yüksək Səviyyali Seqmentində iştirakı zamanı "Euronews" telekanalına verdiyi müsahibədə vurğulamışdır ki, Ölkəmizin Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi var. Azərbaycan Hərəkata dörd il sədrlik etdi, 120 üzv ölkə ilə həqiqətən də böyük tərəqqiyə nail olduq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq. Bunları söyləyəndə, mən 120 ölkəni birləşdirən hərəkatda, yəni Qoşulmama Hərəkatında bir neçə il- dörd il ərzində sədrliyimizi nəzərdə tuturam. Biz yekdil qərarla seçildik və sədrliyimiz yekdil qərarla bir il də uzadıldı. Sədrliyimiz zamanı biz Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduq”.
Maştağa qəsəbəsi, 128 nömrəli tam orta məktəbin
Tarix müəllimi Jalə Qurbanova