Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyü pozulan bir ölkədir

Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyü pozulan bir ölkədir
Oktyabrın 2-də Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. 1973-cü ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə Bakıda 24-cü Beynəlxalq Astronavtika Konqresi kecirlimişdir.
Prezident İlham Əliyevin tədbirin açılış mərasimində möhtəşəm çıxışı ölkəmizin beynəlxalq aləmdə həm siyasi, həm də iqtisadi inkişafının necə də sürətlə irləlilədiyini göstərir.
“Əlbəttə ki, belə bir mühüm tədbirə ikinci dəfə ev sahibliyi etmək bizim üçün böyük şərəfdir və mən həmin qərarın qəbul olunmasında iştirak edən bütün şəxslərə bir daha təşəkkürümü bildirirəm. Beləliklə, Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır”.
Tədbirdə 100-dən artıq ölkənin 5000-dən çox nümayəndəsi iştirak edib. Bu qədər genişmiqyaslı, beynəlxalq tədbirə ev sahibliyi etmək, ölkəmizin beynəlxalq ictimaiyyətin fəal üzvü olmasının göstəricisidir.
Azərbaycanın coğrafi mövqeyinin əlverilişliliyi, qitələrarası körpü olması cəmiyyətin inkişafında böyük rol oynamışdır. Bu mövqe Azərbaycanın çoxmədəniyyətli, multikultural bir ölkəyə çevrilməsində mühüm rol oynayıb. Ölkəmiz ərazisində yaşayan dinindən və dilindən asılı olmayaraq bütün etnik qrupların dinc birgəyaşayışı üçün unikal bir ölkədir. Azərbaycan iki beynəlxalq təkilatın-İslam Əməkdaşlıq təşkilatı və Avropa Şurasının üzvüdür. Ölkəmiz hər iki təşkilata eyni vaxtda üzv olan azsaylı ölkələrdəndir ki, bu bizim yalnız coğrafiyamız, mədəniyyətimiz deyil, həm də siyasi niyyətimizin göstəricisidir. Bu baxımdan belə bir tədbirin açılış mərasiminin Azərbaycanda keçirilməsi heç də təsadüfü bir hadisə deyildir.
Azərbaycan müstəqilliyinin ilk illərində ərazi bütövlüyü pozulan bir ölkədir. Üç il əvvəl 30 il ərzində pozulmuş ərazi bütövlüyümüzü bərpa etdik. Uzun illər bu münaqişənin sülh yolu ilə həllini tapmağa çalışan Azərbaycan öz humanistliyini burada da göstərirdi. Lakin bu işğala son qoymaq, məsələni sülh yolu ilə həll etmək öhdəliyini öz üzərinə götürən təşkilatlar hər hansı bir nəticəyə nail ola bilmədi. Biz də öz ərazi bütövlüyümüzü, ədaləti və beynəlxalq hüququ özümüz bərpa etdik. Müstəqil bir ölkə olmaq üçün güclü iqtisadiyyata sahib olmaq əsas şərtdir.
Buna görə də Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi sadəcə siyasi nüfuzumuz deyil, həm də Azərbaycan kosmik sənayenin inkişafına güclü təkan verəcəkdir.


Bakıxanov qəsəbəsi, 96 №-li tam orta məktəbin
Coğrafiya müəllimi Aytən Məmmədova


Oxşar xəbərlər