Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir

Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir
Artıq uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, müzakirə olduğu məkan kimi tanınır. Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Bu da ölkəmizin hərtərəfli sürətli inkişafının, burada bərqərar olan siyasi sabitliyin göstəricisidir.
Hər sərgi müəyyən yeniliyin geniş mənada ictimailəşdirilməsi deməkdir. Beynəlxalq sərgi yeniliyin beynəlxalq miqyasda ictimailəşdirilməsi olduğu üçün həmişə iqtisadi, bəzən siyasi maraqla izlənilir. Nəticə etibarilə dövlətlərarası münasibətlərdə müəyyən əhəmiyyətə malik olur.
Bakıda may ayının 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı oldu. Açılışda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxış etdi. Prezident İlham Əliyevin çıxışı tarixi əhəmiyyət ilə diqqəti cəlb etmişdir Burada irəli sürdüyü ideyalarla dinləyicilərin dərin rəğbətini qazanan ölkə rəhbəri kifayət qədər peşəkar siyasətçi olduğunu bir daha təsdiq edib. Prezident vurğulayıb ki, Azərbaycan qazına ehtiyac artmaqdadır. Son il yarım ərzində bizə 10-dan artıq ölkə müraciət edib ki, təchizatın həcmini artıraq və ya həmin ölkələrə təchizata başlayaq. Strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçirilir. Bütün işlər plana uyğun getsə, gələn ilin sonuna qədər böyük dərinlikdən ilk qaz alacağıq.
Əhəmiyyətli tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışıdır. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanlarını nəzərdən keçiririk və tezliklə qonşu ölkələrə də bizim qazımız nəql ediləcək. Rumıniya artıq bu əməkdaşlıq formatının üzvüdür. Bu ilin sonuna qədərqazımız Macarıstana və Serbiyaya nəql ediləcək. Bununla da bizim qaz ixracımızın coğrafiyası genişlənəcəkdir. “Həmrəylik Halqası” layihəsi mühüm əhəmiyyətə malikdir. Bu layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək.
1994-cü ildə ilk dəfə neft və qaz sərgisinin keçirilməsi sonrakı dövrlər üçün bir başlanğıc oldu. Həmin il “Əsrin müqaviləsi”nin imzalanması da bu başlanğıcın zəruri davamı idi. Nəzərə alsaq ki, onda Azərbaycanın dövlət müstəqilliyi cəmi üç il idi bərpa olunmuşdu, onda bu müqavilənin imzalanmasının əhəmiyyətinin nə olduğu daha əhatəli bilinər. Azərbaycanda vətəndaş qarşıdurması yaranma ərəfəsində, Azərbaycanın torpaqlarının işğal edilməsi dövründə belə bir müqavilənin bağlanması dövlətin iqtisadi dayanıqlığını təmin edirdi. Neft kəmərləri, infrastrukturu olmayan bir ölkə üçün belə bir müqavilə dövlətçiliyin möhkələndirilməsində olduqca mühüm əhəmiyyətə malik oldu. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb.
Beynəlxalq arenada Azərbaycana və Prezident İlham Əliyevə çox böyük maraq var. Həm digər ölkələrin rəhbərlərinin, şirkət rəhbərlərinin, həm də ictimaiyyətin diqqətini açıq-aydın görmək mümkündür.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
Təlim-tərbiyə işləri üzrə direktor müavini Flora Həmidova

Oxşar xəbərlər