Ədalət Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Ədalət Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Ədalət Həsənov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ədalət Həsənovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ədalət Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ədalət Həsənov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ədalət Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Ədalət Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ədalət Həsənov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ədalət Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ədalət Həsənov özünü doğruldub. Bizdə hörmətli Ədalət Həsənovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” ölkəmizdə bu tip yeganə ixtisaslaşdırılmış dövlət idarəsi olub 2 əsas fəaliyyət istiqamətinə malikdir: məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya.

Məhkəmə-tibbi ekspertizanın əsas vəzifəsi ədalət mühakiməsinin tələblərinə müvafiq olaraq, öz spesifik vasitə və metodları ilə cinayətlərin tam və tez bir müddətdə açılmasında, məsuliyyətə yalnız günahı olan şəxslərin cəlb edilməsində, pozulmuş vətəndaş hüquqlarının bərpa olunmasında spesifik ixtisaslı tibbi xidmətin göstərilməsindən ibarətdir. Bununla yanaşı, məhkəmə-tibbi ekspertizalar zamanı müəyyən edilmiş zədələr, zəhərlənmələr, ölümün səbəbləri və həkim səhvlərini araşdırmaqla xəstələnmələrin və ölüm hallarının azaldılmasına, o cümlədən tibbi yardımın yaxşılaşdırılmasına dair profilaktik tədbirlərin təşkilində səhiyyə orqanlarına köməklik etmiş olur.

Məhkəmə-tibbi ekspertiza öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual, Mülki Prosessual, İnzibati Xətalar məcəllələrini, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” və “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının qərarlarını, Nazirlik üzrə əmr və sərəncamları, habelə “Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaların təşkili və keçirilməsi haqqında Əsasnamə”ni rəhbər tutur.

Məhkəmə-tibbi ekspertiza Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliklərinin məhkəmə-tibbi ekspertiza müəssisələrində aparılır. Azərbaycan Respublikasında məhkəmə-tibbi ekspertizaya təşkilati və metodik rəhbərlik Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən təmin edilir.

Patoloji anatomiya (Patologiya) səhiyyə sisteminin, həmçinin həkimin elmi və praktik fəaliyyətinin ən vacib sahələrindən olub, xəstəliyin struktur və dinamik əsaslarını öyrənir. Təbabətin yalnız bir komponenti, lakin həyati vacib tərkib hissəsi olan patologiyanın əsas vəzifəsi xəstə orqanizmdə patoloji pro­seslərin forma və xarakterini, onların qarşılıqlı dinamikasını, struktur dəyi­şikliklərini aşkar etmək, əsas xəstəliklərin və onların ağırlaşma­larının inkişaf mexanizmini öyrənmək, həmçinin klinik diaqnostika, profilak­tika və müalicə prosesləri zamanı buraxılmış səhvləri aşkar etməkdir. Bütün tibbi müayinə, müalicə və müdaxilə hallarında, o cümlədən də planlı şəkildə həyata keçirilən cərrahi müdaxilələr zamanı həkim taktikasının nə dərəcədə düzgün seçil­mə­si­nin, patoloji dəyişikliklərin dinamikasının, müalicə patomor­fozunun, xəstəliyin müddətinin, forma və stadiyasının, cərrahi müdaxilənin vaxtında aparılma­sı­nın və həcminin və sair bu kimi vacib göstəricilərin təyinində yeganə meyar yalnız patoloji-anatomik tədqiqatlar hesab edilə bilər. Mor­fo­loji, yəni patoloji-anatomik diaqnos­tika ən dəqiq və qəti olmaqla, yeganə diaqnostik üsuldur ki, bu zaman patoloji proseslər heç bir subyektiv mülahi­zə­lə­rə əsaslanmadan, hansısa hesablamalar aparılmadan, obyektiv şəkil­­də öz hazırki xarakteri, forma və stadiyaları ilə göz qabağında canlanır.

Göstərilən vəzifələri həyata keçirmək üçün isə patoloji anatomiya bu gün öz fəaliyyətində əsasən 2 metoddan istifadə edir:

1) Autopsiya – meyitlərin müayinəsi (təşri­hi).

2) Biopsiya – canlı orqanizmin xəstə üzv və toxumalarından götürülmüş bioloji nümunələrin toxuma səviyyəsində mikroskopik müayinəsi. Buna müasir tibbdə klinik patologiya da deyilir. Bura həmçinin toxuma mayesindən, patoloji mayelərdən və selikli qişalardan götürülmüş yaxma materiallarında hüceyrə səviyyəsində mikroskopik tədqiqatı – sitoloji müayinələr də aid edilir.

Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, T.e.d.; professor Ədalət Həsənov - Dövlət başçısı İlham Əliyev mayın 10-da Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə bir daha diqqəti 44 günlük Vətən müharibəsinə yönəldərək bildirdi ki, bu, şanlı tariximizdir. Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Onların özlərinin etiraflarına görə 12 minə yaxın fərarisi olmuşdur. Müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. Düşmən artıq anlamışdır ki, daha müqavimət göstərmək iqtidarında deyil və ondan sonra kapitulyasiya aktına imza atdı. Cənab İlham Əliyev Vətən müharibəsinin gedişi dövrünün reallıqları fonunda bu məqamı da xüsusi vurğuladı: “O günlər ərzində dəfələrlə mənə müxtəlif paytaxtlardan zənglər gəlirdi, təkliflər irəli sürülürdü, bəziləri isə hədə-qorxu gəlməyə çalışırdı. Ancaq mən öz mövqeyimdə qəti idim və onu həm telefon təmasları əsnasında, eyni zamanda, Azərbaycan xalqına verdiyim bəyanatlarda da demişdim: tarix verilməlidir nə vaxt düşmən torpağımızdan rədd olur, onda biz müharibəni dayandırmağa hazırıq və belə də oldu. 2020-ci il noyabrın 10-da səhər saatlarında Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə dayandı.”
Ədalət Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Dövlətimizin başçısı müharibənin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələr verərək Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırdı. Ölkə Prezidenti çıxışında həmin müsahibələrin birində qeyd etdiyi bu fikrə də diqqəti yönəltdi. Bildirdi ki, bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olunmadan biz dayanmayacağıq.

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin uğurla başa çatması mümkün deyildi. Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixini Zəfər Günü kimi qeyd edirik. Dövlətimizin başçısı müharibənin gedişi dövründə verdiyi müsahibələrin hər birində şanlı Qələbəmizə inanımını ölkəmizin postmünaqişə dövründə hansı hədəflərə doğru irəliləyəcəyini, ölkəmizin gələcəyini necə gördüyünü açıqlamaqla ifadə edirdi. Çünki Azərbaycan daim ədalətin və beynəlxalq hüququn yanında olub və bütün məsələlərin bu prinsiplər əsasında həll edilməsinə səy göstərib. 30 illik işğal dövründə ölkəmiz dünya güclərindən ədalət gözlədi. Dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında aydın görmək mümkündür. Dövlət başçısı İlham Əliyev çıxışında bu məsələdən də bəhs etdi. Vurğuladı ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, bu torpaqları ermənilərə vəd vermişdilər: “Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil.”
Ədalət Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir


Bütün şəhər və kəndlərimizin vandallar tərəfindən dağıdıldığını bildirən cənab İlham Əliyev bu reallığı da qeyd etdi ki, bunu heç kim görmək istəmir. Amma hər kəs bunu görməlidir və görəcək. Çünki erməni vandallığını nə biz unudacağıq, nə də dünya unudacaq. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb: “Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.”

Dövlət başçısı İlham Əliyev Cıdır düzündə VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimindəki çıxışında da “Bu işğala baxmayaraq, Şuşa öz ruhunu - Azərbaycan ruhunu qoruyub saxlaya bildi. Biz Şuşa azad olunandan sonra Şuşaya qayıtdıqda bir daha hər birimiz bunu görmüşük və dəfələrlə görürük. Şuşaya gələn hər bir insan əyani şəkildə görür ki, burada Azərbaycan ruhu var. Şuşa işğal, əsarət dövründə əyilmədi və biz – Azərbaycan xalqının nümayəndələri Şuşaya qayıtmalı idik. Qan tökərək, şəhidlər verərək, - Allah bütün şəhidlərimizə rəhmət eləsin, - Şuşanın azad edilməsi, şəhər döyüşləri nəticəsində azad edilməsi tariximizin parlaq səhifəsidir” söyləyərək belə bir əminliyi də ifadə etdi ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq. Bütün Azərbaycan xalqının arzusu budur ki, qoy, heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy, bundan sonra burada ancaq musiqi sədaları səslənsin.
Ədalət Həsənov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir

Oxşar xəbərlər