
Bunu Ermənistan Avropa Partiyasının rəhbəri Tiqran Xzmalyan deyib.
"Mən heç vaxt Trampın Paşinyandan və ya hər hansı bir ermənidən - nə siyasətçilərdən, nə elm adamlarından, nə mədəniyyət xadimlərindən, nə də ruhanilərdən sitat gətirdiyini eşitməmişəm. Amma o, Əliyevdən sitat gətirib", - Xzmalyan vurğulayıb.
Onun fikrincə, bunu təsadüfə bağlamaq olmaz: "Bu, Bakının strukturlaşdırılmış və strateji cəhətdən ardıcıl siyasətinin nəticəsidir, erməni diplomatiyası isə ayrı-ayrılıqda və zəif görünür".