
Bu barədə Suriya Xalq Məclisinin Seçkilər üzrə Ali Komitəsinin sədri Məhəmməd Taha Əl-Əhməd məlumat verib.
O bəyan edib ki, prezident Əhməd Şara Suriyanın bütün əyalətlərində seçkilərin keçirilməsinin tərəfdar olması ilə yanaşı, cinayətkarların, ölkənin parçalanmasına dəstək verənlərin və məzhəbçiliyə çağıranların seçkilərdən kənarlaşdırılmasını tələb edib.
Suriyada deputatların sayının 150-dən 210-a çatdırılacağını qeyd edən Əl-Əhməd bildirib ki, seçki sentyabrın 15-20-də keçirilməsi nəzərdə tutulur. Qadınların da seçkilərdə iştirakını vurğulayan Əl-Əhməd qeyd edib ki, qadın namizədlərin sayı ən azı 20 faiz olacaq. Seçkidə ən azı 20 qadın iştirakçı olacaq.