Avropada Amerika kölgəsi azalır – NATO 30 faiz ixtisara hazırlaşır

Avropada Amerika kölgəsi azalır – NATO 30 faiz ixtisara hazırlaşır ABŞ Avropada yerləşən hərbi qüvvələrinin sayını 30% azaltmağı nəzərdən keçirir.

Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Adının açıqlanmasını istəməyən NATO rəsmisi "Politico"ya bildirib ki, Avropadakı qoşunların sayının 30% azaldılması mümkündür”, – deyə nəşrin məlumatında bildirilir.

Bundan əvvəl Bundestaqın Xristian Demokratlar fraksiyasının lideri Yens Spahn bildirmişdi ki, ABŞ qoşunları “çox qısa müddətdə” Avropanı tərk edə bilər və Avropa ölkələrinin onların qalacağına dair heç bir zəmanəti yoxdur.

Bu kontekstdə Spahn Almaniyanın “Amerika tərəfindən çəkindirmə” siyasətinə ehtiyacı olduğunu qeyd edib.

Bundan əlavə iyulun 3-də "Euractiv" portalı Avropadakı NATO ölkələrinin ABŞ qoşunlarının mümkün ixtisarı ilə bağlı hazırlıqlara başladığını yazmışdı.

Oxşar xəbərlər