Klublarımız cavab matçlarına çıxır - Oyunları bu kanallar yayımlayacaq

Klublarımız cavab matçlarına çıxır - Oyunları bu kanallar yayımlayacaq Bu həftə Azərbaycan klubları avrokuboklarda cavab matçlarına çıxacaqlar.

“Qarabağ” sabah Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə İrlandiyanın “Şelburn” klubu ilə qarşılaşacaq.

“Zirə” isə iyulun 31-də səfərdə Xorvatiya “Hayduk”u ilə üz-üzə gələcək.

“Sabah” doğma meydanda “Petrokub”ı qəbul edəcək.

“Araz-Naxçıvan” isə Yunanıstanda “Aris”dən üstün olmağa çalışacaq.

CBC Sport

30 iyul

20:00. “Qarabağ” - “Şelburn” (İrlandiya)
İlk oyun: 3:0

31 iyul

23:00. “Hayduk” (Xorvatiya) - “Zirə”
İlk oyun: 1:1

İTV

31 iyul

20:00. “Sabah” - “Petrokub” (Moldova)
İlk oyun: 2:0
İdman TV

31 iyul

22:15. “Aris” (Yunanıstan) - “Araz Naxçıvan”
İlk oyun: 1:2

Oxşar xəbərlər