Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində Almatı şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər