![Ceyhun Bayramov Avstriya və Slovakiyaya işgüzar səfərə gedib](https://olke.az/photo/770x415/2023/06/06/1686027909_ceyhun-bayramov-.jpg)
Bu barədə XİN-dən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı, habelə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
7 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramovun Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində isə Slovakiyanın xarici və Avropa işləri naziri Miroslav Vlaxovski, o cümlədən Slovakiyanın digər yüksək səviyyəli rəsmiləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.