20 Yanvar Azərbaycan xalqının qorxmazlıq, cəsarət, qürur səlnaməsidir

20 Yanvar Azərbaycan xalqının qorxmazlıq, cəsarət, qürur səlnaməsidir
Azərbaycan tarixinin ən önəmli səhifəsi olan 20 Yanvar hadisəsindən 34 il ötür. Müasir Azərbaycan öz tarixinin başlanğıcını o məşhur gecədən götürmüşdür. Rusiya Azərbaycan xalqını qorxutmaq üçün yanlış bir yol seçmişdi, artıq uzun müddətdir mürəkkəb siyasi vəziyyətin içində olan xalqın hər şeyi gözə aldığını Kreml bilməli idi. 1988-ci ildən başlayan meydan hərəkatı Azərbaycan xalqının bir çox məsələlərə olan dirənişi, etirazı idi. Qarabağda günü-gündən kəskinləşən vəziyyət isə hadisələri daha da mürəkkəbləşdirir, Rusiyanın bitərəfli mövqeyi xalqı daha da qəzəbləndirirdi. Bütün bunların fonunda yenə də Azərbaycan xalqı illərlə tərkibində olduğu, ortaq düşmənlərə qarşı birgə vuruşduğu sovet əsgərinin ona atəş açacağına inanmırdı. Ancaq tarix təkrarlanmaq kimi bir xüsusiyyətə malikdir. Rusiyanın ona tabe olmayan xalqları özündən asılı salmaq üçün belə metodlara əl atması tarixin adiliklərindən biri idi. Ancaq bu dəfə hadisələr qarşı tərəfin istədiyi kimi cərəyan etmədi. Məşhur şeirdə deyildiyi kimi xalq ürəyindəki köləliyi yıxıb cəsarət mülkünü inşa etdi və həmin gecə həqiqət parıldayaraq, müstəqilliyimiz bərpa edildi.
Ölkədə fövqəlada vəziyyətin elan olunması barədə xalqın xəbərdar edilməməsi, Azərbaycan televiziyasının enerji blokunun partladılması hadisənin miqyasını böyütmək üçün hesablanmış planlar idi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla həyata keçirildi.Hadisələrin miqyası yalnız Bakını əhatə etmədi, digər bölgələrimizdədə əhaliyə qarşı qırğınlar törədildi. Ölənlər və yaralananlar oldu. Hadisələr zamanı Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.Tezliklə Bakıda baş verən hadisələr barədə xəbərlər dünyada yaşayan həmvətənlərimizə çatdı və bu xalqın bir amal ərtafında təşkilatlanmasına gətirib çıxartdı. Artıq inamın və güvənin yalnız öz xalqımıza, ümüdün müstəqil Azərbaycana olduğunu hər kəs anlamışdı. Verdiyimiz şəhidlər vətən torpağına azadlıq toxumu əkmişdi. Baş verən hadisələrlə bağlı sovet hökümətini kəskin tənqid edən şəxslərdən biri ulu öndər Heydər Əliyev olmuşdur. Həmin dövrkü həm Azərbaycan rəhbərliyindən, həm də sovet rəhbərliyindən bu hadisələrlə bağlı hesabat istiyən Ulu öndər Heydər Əliyevin bu addımı dövr üçün böyük cəsarət tələb edirdi. Ulu öndər bilirdi ki, Azərbaycanın müstəqilliyi artıq qaçınılmaz reallıqdır və oda bu amalın əsgərlərindən biridir. Zaman xalqın öz liderini seçməsi üçün gecikmədi və Ulu öndər Heydər Əliyev müasir Azərbaycan Respublikasının qurucusuna çevrildi.
20 Yanvar Azərbaycan xalqının qorxmazlıq, cəsarət, qürur səlnaməsidir. Hər il ölkədə hadisələrlə bağlı tədbirlər həyata keçirilir, şəhidlərimizin ruhu yad edilir. Zaman hadisələri unutdurmaq əvəzinə keçən illər ərzində xalqımızın bir yumruq tək birləşməsinə, daha da güclənməsinə gətirib çıxarmışdır. Torpağın bağrına köçən canlar vətənin özüdür, biz vətəni onlara görə sevirik və qoruyuruq.
Balaxanı qəsəbəsi, 69 nömrəli tam orta məktəbin
tarix müəlliməsi Xəyalə Əsgərli


Oxşar xəbərlər