Ulu Öndər Heydər Əliyev Azərbaycanında söz, mətbuat azadlığı, insan hüquqları, şəxsiyyət toxunulmazlığı, tolerantlıq mühiti daha da gücləndirildi

Ulu Öndər Heydər Əliyev Azərbaycanında söz, mətbuat azadlığı, insan hüquqları, şəxsiyyət toxunulmazlığı, tolerantlıq mühiti  daha da gücləndirildi
Azərbaycan xalqının tarixində daim millətin və xalqın qoruyucuları olan qəhrəmanları olmuş və adlarını tarixin şanlı səhifələrində yazdırmışlar. Bu dahi şəxsiyyətlərdən danışarkən xalqının çətin günündə ona gələn yardım çağrılarına yox deməmiş vətənə, işinə qayıtmış Ulu Öndər Heydər Əliyevdən mütləq danışmalıyıq. Belə ki, Sovet hakimiyyəti dövründə xalqa qarşı bir çox haqsızlıqlar olmuş, ölkəmiz üçün “qanlı tarix” adlandırılan 1990-cı il 20 yanvar hadisəsi bu haqsızlıqlardan ən böyüklərindən biri olmuşdur. Çox təəssüf olsun ki, müstəqilliyimizin ilk illərində Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə deyildi. Əgər olsaydı, biz böyük itkilərlə üzləşməzdik. Müstəqilliyimizin birinci dövrü faciəvi dövr idi. 1991-1993-cü illərdə Azərbaycan çox böyük problemlərlə, itkilərlə üzləşmişdir. Bu dövrü iki mərhələyə bölmək olar. Birinci mərhələ 1991-ci ilin oktyabr ayından 1992-ci ilin yay aylarına qədər olan dövrdür. Bu dövr itirilmiş imkanlar, itkilər dövrü idi. Ermənistan Azərbaycana qarşı təcavüzə başlamışdı, azərbaycanlılar Dağlıq Qarabağdan qovulurdular. 1992-ci ilin may ayında Şuşanın və Laçın rayonunun işğal altına düşməsi böyük itki, böyük faciə idi.
Bugün bizim müstəqil bir ölkə olaraq tanınmamızın əsasını məhz 1991-ci il 30 avqust tarixində olan bəyannamə ilə Ulu Öndər Heydər Əliyev qoymuşdur. Həmin ilin oktyabr ayının 18-də isə Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etdi. Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin gördüyü bir çox işlər dövlətin taleyində mühüm rol oynamışdır. 1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan partiyasına sədr seçilmişdir. Bugün YAP-ın ölkənin ən nüfuzlu siyasi qüvvə olmasının səbəblərindən biri də Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı olmuşdur. Ulu Öndər Heydər Əliyev Azərbaycanında söz, mətbuat azadlığı, insan hüquqları, şəxsiyyət toxunulmazlığı, tolerantlıq mühiti daha da gücləndirildi. Bütün bu kimi qərarlar toplusu isə özünü 1995-ci il 12 noyabr tarixində qəbul olunmuş dövlət Konstitusiyasında göstərmişdir.
Ulu Öndər Heydər Əliyevə görə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması “müstəqillik günü” kimi qeyd olunmalı idi. 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyinə nail olmuşdur və Xalq Cumhuriyyətini yaratmışdır. Bu yeni yaranmış, gənc Cumhuriyyət 23 aylıq qısa bir müddət ərzində fəaliyyət göstərsə də, çox böyük və önəmli işlər görmüşlər. Azərbaycan Respublikasının dövlət müstəqilliyi, dövlətçilik ənənələri, dövlər rəmzləri məhz həmin dövrdə qurulmuşdur. Sovet hakimiyyəti Azərbaycan Xalq Cumhuriyyətinin süqutuna səbəb olmuş, zaman keçdikcə xalqın dövlətçilik ənənələrini unutdurmaq istəmişlər. Onların istəyini bildiyi üçün Ulu Öndər Heydər Əliyev öz təşəbbüsü ilə 1990-cı ilin noyabrın 17-də Naxçıvan Ali Soveti müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin - bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Bu qərar Sovet Sosialist dövlətinin strukturunda dəyişiklik edilməsinin başlanğıcı idi.
Bugün dalğalanan üç rəngli bayrağımız, hər eşitdiyimizdə qürurlandığımız himnimiz və əsas dövlət rəmzlərimizdən olan gerbimiz müstəqilliyimizin əsas göstəricilərindən biri olaraq göstərilə bilər, çünki 73 il müstəqillik arzusu ilə yanıb tutuşan xalqın ən böyük arzularından biri bu atributları dövlətin hər bir yerində görmək idi. Bu fərəh hissini xalqa yaşadan Ulu Öndər olmuşdur.
Ümummilli Lider Heydər Əliyevin həyata keçirmək istədiyi əsas vəzifələrindən biri işğal olunmuş torpaqlarımızın azad olunması idi. Əfsuslar olsun ki, Ulu Öndərin ömrü bu önəmli hadisənin baş verməsini görməyə yetmədi. Lakin onun timsalında 2020-ci ildə 44 günlük vətən müharibəsi ilə tarixi qələbəni bizə Ali Baş Komandan İlham Əliyevin göstərmişdir. O, 8 noyabr - Şuşanın düşmən tapdağından azan olmasını xalqa açıqladığı nitqində söylədiyi və hər birimizi kövrəldən “mən çox fərəh və qürur hissi duyuram ki, bugün mən ata nəsihətini yerinə yetirdim” sözləri ilə bizə bir daha Ulu Öndəri və onun siyasətini xatırlatmışdır.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
coğrafiya müəllimi Pikəxanım Vəliyeva

Oxşar xəbərlər