Ötən illərə nəzər salsaq, 20 il ərzində Azərbaycan ümumi daxili məhsulu dörd dəfə artıb və bu çox əhəmiyyətli nailiyyətdir

Ötən illərə nəzər salsaq, 20 il ərzində Azərbaycan ümumi daxili məhsulu dörd dəfə artıb və bu çox əhəmiyyətli nailiyyətdir

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 23-də “Euronews” televiziyasına müsahibə verib. Bu müsahibədə son illərdə Azərbaycanın iqtisadi inkişafı ,inkişaf və investisiya üçün gələcəkdə hansı işlərin görülə biləcəyi, beynəıxalq arenada ölkənin strategiyası və s. məsələlər danışılmışdır.
Bugün müsahibədə deyildiyi kimi, Azərbaycan Respublikasının inkişafının təməlində aparılmış islahatlar dayanır. Hansı ki, Avropa Yenidənqurma və İnkişaf bankının 2023-cü il üzrə hesablamalarına görə Azərbaycan ciddi iqtisadi inkişafa nail olub. Bu inkişafın təməlində aparılmış islahatlar dayanır.
Son illərdə Azərbaycan iqtisadiyyatımızı şaxələdirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Ötən illərə nəzər salsaq, 20 il ərzində Azərbaycan ümumi daxili məhsulu dörd dəfə artıb və bu çox əhəmiyyətli nailiyyətdir.
Qarşıda duran məsələlərdən birinin də əsas dövlət xərclərinin azad edilmiş Qarabağ və Zəngəzura yönlədirilməsi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı məqamlardan biri olmuşdur. 2026-cı ilin sonunadək 140 min inasının yaşayış yerlərinə köçürülməsi planlaşdırılmışdır. Bununla yanaşı 30 il ərzində işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi,turizm kimi sahələrdə böyük patensıalımız var. Bu isə dövlət investisiya proqramının əsas sahəsidir.
Bugün daim çiçəklənən, inkişaf edən Azərbaycanın iqtisadiyyatının əsasında Prezident İlham Əliyevin apardığı islahatlar dayanır.

Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
İngilis dili müəllimi Təhminə İsgəndərova

Oxşar xəbərlər