Bu zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün nəticəyə hesablanmış və hərtərəfli siyasətinin bəhrəsidir

Bu zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün nəticəyə hesablanmış və hərtərəfli siyasətinin bəhrəsidir
Azərbaycan xalqı özünü xoşbəxt xalq hesab edə bilər. Çünki, üç il bundan əvvəl düşmənə öz dəmir yumruğumuzu göstərmiş və düşmən ordusu təslim olaraq,torpaqlarımızdan geri çəkilmişdir. Düşmənə layiqli yerini görsədərək, ona elə zərbə vurduq ki, onlar bir daha Azərbaycan xalqını aşağılamağa cəsarət edə bilməyəcəklər. Havadarları ilə birlikdə buna cəsarət etməyə çalışsalar da, Ali Baş Komandanın hər zaman dediyi kimi, “Dəmir Yumruq” daim yerindədir.
Prezident, Ali Baş Komandan İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi illər ərzində həm Azərbaycanda,həm də digər ölkələrdə çıxışı zamanı dəfələrlə söyləmişdi ki, biz sülh içində yaşamaq istəyirik,əgər,sülh yolu ilə torpaqlarımızın azad edilməsinə nail ola bilməsək, müharibə yolu ilə doğma torpaqlarımızı işğaldan azad edəcəyik.
O gün çox da uzaqda deyildi. Nəhayət, 2020-ci ilin 27 sentyabrdan başlamış və 10 noyabrda başa çatmış 44 günlük Vətən Müharibəsində mərd oğullarımızın qəhrəmanlığı və şücaəti nəticəsində doğma torpaqlarımızdan düşməni “iti qovan” kimi qovduq. 2023-cü ilin sentyabr ayında hərbçilərimizin təşkil etdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində Azərbaycanda Separatizmə son qoyuldu. 20 sentyabr 2023-cü ildə ərazi bütövlüyünü tam şəkildə bərpa edən Azərbaycan Ermənistanla sərhədə tam şəkildə nəzarəti götürərək,dövlət suverenliyimiz və tarixi ədalət tam şəkildə bərpa olundu.
15 oktyabr 2023-cü ildə Xocalıda, Xankəndində, Ağdərədə, Əsgəranda, Xocavənddə bayrağımızın ucaldılması və 8 noyabr 2023-cü ildə Xankəndində hərbi paradın keçirilməsi Azərbaycan xalqının əzmkar xalq,ordumuzun yenilməz,fədakar və mübariz ordu olduğunun sübutudur. Həqiqətən də, bu bizim üçün xoşbəxt və qürurverici hadisədir.
Çaldığımız zəfərlə düşmənə ağır zərbə vurmaqla yanaşı,bu zəfər düşmənə “dəstək verən” havadarlarına da çox yaxşı dərs oldu. 44 günlük Vətən Müharibəsi bizə kimin dost, kimin düşmən olduğunu göstərdi. Ali Baş Komandanın rəhbərliyi altında təkcə, döyüş meydanında deyil,informasiya müharibəsində də düşməni və sifarişlə işləyən havadarlarını yerində otuzdurduq. Bu da onu göstərir ki, heç kim bizimlə bundan sonra ultimatum dililə danışa bilməz. Çünki,biz hər meydanda sözümüzü deməyə cəsarətli,qüdrətli xalqıq və ordumuz da öz doğma torpağını əziz tutub, uğrunda ölümə qədər getməyə daim hazır olan ordudur.
Bu zəfər Prezident, Ali Baş Komandan İlham Əliyevin düzgün nəticəyə hesablanmış və hərtərəfli siyasətinin bəhrəsidir. O, həmişə rəhbərlik etdiyi illər ərzində Azərbaycan ordusunun quruculuğuna diqqət yetirir, silah-sursat və maddi-texniki kimi təchizatların ildən-ilə mükəmməlləşdirilməsinə çalışırdı.Təhsil sahəsində məktəblərdə oxuyan uşaqların kiçik yaşlarından vətənpərvər ruhunda düzgün tərbiyə olunması və düzgün istiqamətləndirilərək, gənc nəslin yetişdirilməsi,əhalinin maddi-sosial rifahının yaxşılaşdırılması,neft,energetika sahələrində bir çox ölkələrlə qurulmuş əməkdaşlıq və diplomatik əlaqələr,ən əsas da XX əsrin 90-cı illərindən fərqli olaraq,müasir dövrümüzdə formalaşmış milli ruh,milli birlik –bütün bunların hamısı bizi zəfərə aparan yol idi və bütün bu məsələlər də Prezident, Ali Baş Komandan İlham Əliyevin uğurla görmüş olduğu işlərin nəticəsi idi.
Guya ki, qədim zamanlarda Ermənistan imperiyası olduğunu saxta faktlarla dünya xalqlarına görsətməyə çalışan, dənizdən dənizə Böyük Ermənistan qurmaq xəyalına düşmüş hiyləgər düşmən hər cür təxribata əl atdı.. Amma, məqsədinə çata bilmədi. Anlamadı.. bəlkə də, anlamaq istəmədi ki, Azərbaycan xalqı və onun ordusu XX əsrin 90-cı illərindəki xalq və ordu deyildir... Bu xalqı və ordunu heç kim saxlaya bilməz. Ən əsas da anlamadı ki,o səhv yoldadır və onun bu addımı olan-qalan hər şeyini də uçuruma aparacaq!


Bilgəh qəsəbəsi, 142 №li tam orta məktəbin
kimya və biologiya müəllimi Elməddin Əhmədov

Oxşar xəbərlər