
Həqiqətən xalqımız əsl həmrəyliyi I Qarabağ Müharibəsində göstərə bilməsədə ,II Qarabağ Müharibəsində göstərdi. Ən kiçik sakinimiz belə bu müharibə zamanı öz həmrəyliyini göstəriridi.
Ali Baş Komandan daim digər ölkələrlə dostluğa, mehriban olmağa can atıb. Düşmənimizə belə insani münasibət göstərərək onlara barış, sülh təklif edib. Ancaq mənfur düşmən öz xislətindən əl çəkmir. İndidə Xankəndində ekoloji terrorla məşğuldur. Xalqımız 44 günün davamı olaraq yenə də birlik, həmrəylik göstərərək bu terrora son qoymağı tələb edirlər.
Biz ümid edirik ki xalqımız bu sınaqdanda öz həmrəyliyi ilə üzü ağ çıxacaq. Əlbətdəki cənab prezidentimizin ətrafında sıx birləşərək.
Sabunçu rayonu 155 nömrəli tam orta məktəbin fizika müəllimi Hüseynova Pərvanə Umud qızı