“Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtmasına razılıq verib” - İLGİNC

“Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtmasına razılıq verib” - İLGİNC “Nikol Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtması məsələsinə razılıq verib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan yaydığı videomüraciətdə bildirib.
“Belə məlumatlar yayırlar ki, əgər biz Artsax ermənilərinin (Qarabağın erməni əhalisi – red.) öz evlərinə qayıtması məsələsini qaldırsaq, Azərbaycan öz vətəndaşlarının Ermənistana qaytarılması məsələsini qaldıracaq. Amma bu, artıq dəlilik və əxlaqsızlığın zirvəsidir. Bu, əxlaqsızlıqdır, çünki Paşinyan və hökuməti bir ildən artıqdır ki, azərbaycanlıların Ermənistana gəlməsi məsələsini müzakirə edir və anklavların qaytarılmasına razılıq verib”, - Oskanyan bildirib.

Oxşar xəbərlər