Paşinyanın oğlu Qarabağda əsgərlik çəkəcək

Paşinyanın oğlu Qarabağda əsgərlik çəkəcək Ermənistanın yeni baş naziri Nikol Paşinyanın yeganə oğlu Aşot Paşinyan hərbi xidmətə gedəcək.
Paşinyan özünün "Facebook" səhifəsində bildirib ki, martda oğlunun 18 yaşı tamam olur və o, hərbi xidmətə yollanacaq.

Aşot Paşinyan isə işğal olunmuş Dağlıq Qarabağda hərbi xidmətdə olmaq istəyir.
Bununla yanaşı, Paşinyan hərbi xidmətdə olmayan həmvətənlilərini 20 gün ərzində Ermənistana qayıdaraq əsgərliyə yollanmağa da çağırıb.

Qeyd edək ki, Nikol Paşinyanın 3 qızı, 1 oğlu var.

Oxşar xəbərlər