
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistanın hazırkı hökuməti nə deyirsə desin, Ermənistanın bütün hökumətləri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Mən daha konkret oldum və necə daha konkret ola biləcəyimi təsəvvür etmək mənim üçün çətindir”, - Paşinyan qeyd edib.