Azərbaycan xalqı Azərbaycan hakimiyyəti sülhün tərəfdarı olub, bu gün də həmin mövqedədir, sabah da həmin fikirdə olacaqdır

Azərbaycan xalqı Azərbaycan hakimiyyəti  sülhün tərəfdarı  olub, bu gün də həmin mövqedədir,  sabah da həmin fikirdə olacaqdır
Məlum olduğu kimi Azərbaycan-Ermənistan arasında olan münaqişə 10 noyabr 2020-ci ildə üçtərəfli razılaşma (Azərbaycan –Rusiya –Ermənistan ) ilə sona çatması bütün dünya ictimaiyyətinə elan olundu, yayımlandı. Haqlı olaraq Azərbaycan öz dədə-baba torpaqlarının demakrasiya və delimitasiyasini tələb edir, ictimai ədalətin bərqərar olmasını istəyirdi. Azərbaycanın Ali Baş Komandanı Cənab İlham Əliyevin əmri ilə rəşadətli ordumuzun doğma torpaqlarımızı işğaldan azad etməsini hələdə hazm etməyən erməni silahlı birləşmələri və guya Ermənistanın xəbəri olmayan separatçılar son günlərə qədər öz mənfur və sonu olmayan məqsədlərindən əl çəkməmək fikrində qalıblar. Onların bu hərəkəti artıq dünyanın böyük dövlətləri tərəfindən də qınanılır, pislənir. Lakin həmişəki kimi öz qəddarlığı ilə seçilən bu “ xalq”öz xarakterini son günlər yenədə biruzə verdi. Belə ki, sivil insanların və sülhməramlı qüvvələrin mütamadi hərəkət etdiyi magistral avtomobil yoluna yerləşdirilmiş tank əleyhinə minanın partlaması nəticəsində polis işçilərinin və digər müəssisələrimizin nümayəndələri həyatlarını itirdilər. Dünyanın siyasi və sivil ictimaiyəti qarşısında verdiyi sözə əməl etməyən bu “toplum” hər cəhdlə bölgədə sülhə, sabitliyə xələl gətirməyə can atır, gərginliyi daha da artırmağa çalışırlar. Əsl həqiqəti, ədaləti qəbul etməyən bu “insanlar” hələ də düşünürlər ki, bəlkə əvvəlki mövqelərinə qayıdar, eks-vəziyyəti bərpa edə bilərlər. Lakin düşünmürlər ki, nə vəziyyət o vəziyyət, nə də hər şey sizin xəyal qurduğunuz kimi deyil. Artıq Azərbaycan Ordusu öz sözünü Ali Baş Komandanımız cənab İlham Əliyev cənablarının təcrübəsi, igid general və zabitlərimizin fəaliyyəti nəticəsində hər cəhətdən deyir.
Buna baxmayaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri, seperatçı qüvvələr yene də sərhəd boyu qaydaları pozur, mövqelərimizi atəşə tutur, terror aktları həyata keçirirlər.
Bu da irəliləməkdə olan sülh prosesinin reallaşmasını gecikdirir, hətta bu prosesə mane olur. Bu maneçilik sərhəd boyu tarixi Azərbaycan ərazilərində yaşayan dinc əhaliyə də güclü təsir edir, onların kütləvi yaşayış yerlərini tərk etməsinə daim narahatlıq içərisində yaşamaqlarına səbəb olur.
Belə bir vəziyyət Ermənistan rəhbərliyini və ermənipərəst dövlətlərin siyasətinin nə dərəcə də boş, mənasız, məqsədsiz və təhlükəli olduğunu bir daha sübut edir. Bir sözlə hər şeyin sülh danışıqlarına, əmin-amanlığa getdiyi bir vaxtda gərginliyin artmasına evlərə şəhid nəşlərinin gəlməsinə səbəb erməni separatçıları, erməni hakimiyyəti, onların mənfur niyyətləridir.
Son olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı Azərbaycan hakimiyyəti sülhün tərəfdarı olub, bu gün də həmin mövqedədir, sabah da həmin fikirdə olacaqdır. Yalnız biz şərtlə: Azərbaycan öz torpağının, öz yurdunun bütövlüyünü təmin edəcək, hər zaman bunun uğrunda mübarizə aparacaqdır. Qarabağ Azərbaycandır !.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Taqət Kərimov

Oxşar xəbərlər