Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində düşmənin strateji planı baş tutmadı

Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində düşmənin strateji planı baş tutmadı
Ümummilli Lider Heydər Əliyev SSRİ Siyasi Bürosundan istefa etdikdən sonra bir müddət Moskvada qaldı. Onun Azərbaycana qayıtmasını Sovet rəhbərliyi istəmirdi.İsrarla qayıdış planına mane olurdular. 1990-ci il 20 yanvar hadisələrindən sonra Ulu öndər Heydər Əliyev Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etiraz səsini yüksəltdi.Azərbaycan xalqının yanında olduğunu bəyan etdi.
Bu tarixi çıxışdan təxminən 6 ay sonra Ulu Öndər Heydər Əliyev Moskvadan Bakıya gəlir. 2 gün Bakıda qaldıqdan sonra Naxçıvana gedir. Ulu Öndər Heydər Əliyevin gəlişini eşidən əhali meydanlara axışır.
Naxçıvan həmin dövrdə çox çətin bir vəziyyətdə idi. Muxtar Respublika tam blokada şəraitində idi. Üstəlik Bakıda baş verənlər də burada diqqətlə izlənilirdi. Hər keçən gün vəziyyət daha da dramatik hal alırdı. Bakıda bəzi siyasətçilər hesab edirdi ki, Naxçıvan kor bağırsaqdir. Kəsilib atılmalıdır. Bir növ muxtar respublika taleyin ümidinə buraxılmışdı. Ermənistanla olan 260 km-lik sərhədin müxtəlif istiqamətlərindən hücumlar davam edirdi.Dəmək olar ki, hər gün şəhid xəbərləri gəlirdi. Üstəlik sovet qoşunları da erməni təxribatçılarina bu vəya digər formada dəstək verirdi. Məhz belə bir çətin şəraitdə əhali başa düşürdü ki, onları yalnız qlobal siyasəti anlayan, xalqını sevən bir lider xilas edə bilərdi. Əhalinin seçimi, istəyi tam düzgün və yerində idi.
Lakin Ulu Öndər Heydər Əliyev yenidən siyasətə qayıtmaq istəmirdi. Böyük siyasətdən gəlmiş, dünyanın aparıcı dövlətlərindən birinə rəhbərlik edən şəxslərdən olan ümummilli lider böyük tərəddüdlər içində idi. Heç bir vəzifə tutmaq istəmədiyini dəfələrlə bəyan etmişdi.Lakin əhali israr edirdi. Çoxsaylı müraciətlərdən sonra Ulu öndər Heydər Əliyev əvvəlcə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputati sonra isə sədri secilir.Qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin Naxçıvan dövründə müstəqilliyə gedən yolda önəmli qərarlar qəbul edilir.
İlk dəfə 17 Noyabr 1990-ci ildə Naxçıvanda Azərbaycanın 3 rəngli bayrağı qəbul edilir. Ali Məclisin adında olan "sovet" və "sosialist" sözləri çıxarılır. Naxçıvanda olan sovet qoşunlarının muxtar respublikanı tərk etməsi istənilir.
Məhz Ulu Öndər Heydər Əliyevin tapşırığına uyğun olaraq buradakı sovet qoşunlarının bütün silah-sürsatı tam təhvil alınır. Qarşı tərəfə heçnə verilmir.
Sürətli şəkildə milli ordunun qurulması istiqamətində addımlar atılır.
Həmin vaxt düşmənin əsas hədəflərindən biri də Sədərək rayonunun Mil yüksəkliyini ələ keçirmək idi. Düşmən tərəfinə cəmi 10-11 km irəliləmək bəs edirdi ki, Naxçıvanın Türkiyə ilə olan sərhəddinə nəzarəti tam ələ keçirsin. Bu baş versəydi Naxçıvan üçün kritik günlər başlayacaqdı. Ulu Öndər Həydər Əliyev düşmənin bu planını çox yaxşı başa düşürdü. Ona görə də düşmən hücumları başlayan kimi Türkiyə tərəfi dərhal məlumatlandırıldı.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində düşmənin strateji planı baş tutmadı. Ümid körpüsü açıldı. Bu körpünün açılması Naxçıvana yeni bir nəfəs gətirdi. Muxtar Respublika blokadadan çıxmağa başladı. Yaralılar Türkiyəyə müalicəyə göndərildi.
Bütün bunlarla yanaşı Ümummilli lider Azərbaycanın tam müstəqilliyi uğrunda qəti addımlarını atırdı.
1991-ci il 30 avqust tarixində Azərbaycan Ali sovetinin növbədənkənar iclasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunmasını təklif edir. Və yekunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilir.
Beləliklə müstəqilliyə gedən yolun təməli qoyulur. Həmin illərdə işğal edilən torpaqlar məhz Azərbaycanın hazırkı rəhbərliyi tərəfindən qəbul edilən müstəqil, azad xalqın maraqlarına cavab verən qərarlarla azad edildi.
Müstəqil ölkə olan Azərbaycan bundan sonra da ciddi uğurlar qazanmağa davam edəcək.
Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində düşmənin strateji planı baş tutmadı.Ümid körpüsü açıldı. Bu körpünün açılması Naxçıvana yeni bir nəfəs gətirdi. Muxtar Respublika blokadadan çıxmağa başladı. Yaralılar Türkiyəyə müalicəyə göndərildi.
Bütün bunlarla yanaşı Ümummilli lider Azərbaycanın tam müstəqilliyi uğrunda qəti addımlarını atırdı.
1991-ci il 30 avqust tarixində Azərbaycan Ali sovetinin növbədənkənar iclasında Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinin elan olunmasını təklif edir.Və yekunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edilir.
Beləliklə müstəqilliyə gedən yolun təməli qoyulur.Həmin illərdə işğal edilən torpaqlar məhz Azərbaycanın hazırkı rəhbərliyi tərəfindən qəbul edilən müstəqil,azad xalqın maraqlarına cavab verən qərarlarla azad edildi.
Müstəqil ölkə olan Azərbaycan bundan sonra da ciddi uğurlar qazanmağa davam edəcək.

Sabunçu qəsəbəsi,155 nömrəli tam orta məktəbin
direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər