Milli sərvət – xalqın sərvətidir. Milli sərvət hər bir ölkənin iqtisadi qüdrətini və imkanlarını ifadə edən çox mühüm göstəricilərdən biridir. O bütün in¬san nəsillərinin əməyi ilə yaradılan və müəyyən dövrdə ölkənin əra¬zi¬sində olan nemətlərdən və təbii sər¬vətlərdən ibarətdir. Buna uyğun olaraq milli sərvəti iki yerə bölmək olar: İnsanların əməyi ilə yaradılan sərvət, təbii sərvətlər.
Milli sərvətin tərkibində insanların əməyi ilə yaradılan sərvət həlledici əhəmiyyətə malikdir. Çünki yalnız yeni təbii ehtiyatların mə¬nimsənilməsi imkanları deyil, həm də ətraf mühitin mühafizəsi, habelə təbii ehtiyatların gələcək nəsillər üçün qorunub saxlanması tələblərinə əməl etməklə onlardan səmərəli istifadə edilməsi məhz bu sərvətdən, onun vəziyyətindən asılıdır. Bu sərvətə əvvəllərdə insanların əməyi ilə yara¬dılmış və ölkədə müəyyən dövrdə toplanmış əsas kapital ünsürləri və istehlak olunmamış dövriyyə kapitalı ünsürləri ehtiyat¬la¬rından ibarət olan maddi resurslar, habelə qeyri-istehsal sahələrində istifadə olunan maddi vəsaitlər daxildir.
İnsanlar təbii sərvətlərin süni əvəzedicilərini yarada, bəzi¬lərini bərpa edə, yaxud da yeni ehtiyatları, təbii yataqları kəşf edə bi¬lərlər. Lakin onlar yeni faydalı qazıntı ehtiyatları yarada bilməzlər. Bəzi təbii ehtiyatların bərpa olunması müəyyən qədər xərc tələb edir və iqtisadi proseslərin – torpağın iqtisadi münbitliyinin yük¬səlməsi, süni meşəliklərin salınması və s. – nəticəsi kimi meydana çıxır. Bu zaman həmin ehtiyatların iqtisadi təbiəti dəyişir, onlar təkcə iqtisadi münasibətlərin obyekti deyil, həm də onun nəticəsi olur, təbiətin insan¬lara hazır halda verdiyi dövriyyə kapitalının ünsürü olmaqdan çıxır, əmək prosesinin nəticəsinə, məhsulun, insanların əməyi ilə yaradılan sərvətin bir hissəsinə çevrilir. Deməli, bir tərəfdən istehsalın məh¬su¬lu, digər tərəfdən isə onun maddi ilkin şərti olur. Bir halda ki, belədir, onda sərvətlə məhsul arasındakı qarşılıqlı əlaqədə iki xətti ayırmaq lazımdır. Bunlardan biri «məhsul-sərvət», digəri isə «sərvət-məhsul» xət¬tidir.
Bakıxanov qəsəbəsi, 96 saylıtam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Ofelya Məmmədova