Xəlil Ramazanov - Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı üçün yüksək səviyyədə işlər görülüb

Xəlil Ramazanov - Azərbaycan Respublikasında hidrometeorologiyanın inkişafı üçün yüksək səviyyədə işlər görülüb Son günlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti və onun direktor əvəzi Xəlil Ramazanov haqqında bəzi mətbuat orqanlarında çeşidli yazılar yayımlanır. Həmin məlumatları araşdırmaq məqsədiylə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentində olduq. Deyilənləri, yazılanları dəqiqləşdirməyə çalışdıq.
Qeyd edək ki, faktiki olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentində vəziyyət heç də yazılanlar kimi deyil. Əksinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentində durum tamam fərqlidir və bunu bilmək üçün alim-filan olmağa da gərək yoxdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə təşrif gətirmək kifayətdir.
Yox, əgər onlar özlərinə əziyyət verib, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinə gəlmək istəməyib, kənardan «qarmaq» atmaq eşqindədirlərsə, o zaman yazdıqlarımızı diqqətlə oxuyub, vəziyyətdən hali olsunlar.

Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Milli Hidrometeorologiya Departamenti ( MHD) hesabat dövründə iş planına və müşahidə plan-proqramına uyğun olaraq respublika ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında sistematik və fasiləsiz olaraq hidrometeoroloji müşahidələrin aparılmasını, hidrometeoroloji şəraitin öyrənilməsini, qısa və uzun müddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsini həyata keçirib.

Birinci Avropa oyunları dövründə Hidrometeoroloji Proqnozlar Bürosu gücləndirilmiş iş rejimində işləyib belə ki, adi günlərdən fərqli olaraq növbətçilik yaradılaraq əlavə olaraq 20 meteoroloji stansiyadan hər 1 saatdan bir havanın parametrləri haqqında məlumatlar alınaraq təhlil edilib. Oyunların keçirildiyi Bakı və Mingəçevir şəhərləri üzrə gündə 2 dəfə sutkalıq proqnoz və xəbərdarlıqlar tərtib edilərək elektron qaydada təşkilatçılara göndərilib. Verilmiş proqnoz və xəbərdarlıqların keyfiyyəti təşkilatçılar tərəfindən yüksək qiymətləndirilib.

Oxşar xəbərlər