
44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə dövlətimizn iqtisadi qüdrətini də dünyaya nümayış etdirdi. Dövlətimizin 90-cı illərin əvvəllərində torpaqlarımızın Ermənistan tərəfindən işğalı zamanı milyardlarla dollar dəyərində maddi ziyan görməsinə baxmayaraq, iqtisadi gücümüzün hesabına azad olunan torpaqlarımız tez bir zamanda müasir tələblərə malik şəkildə bərpa olunacaq və vətəndaşlarımız öz ata-baba torpaqlarında yenidən yaşayıb yaradacaqlar.
Vətən müharibəsinin şanlı qələbəsi bizə yeni iqtisadi imkanlar da yaratmış oldu. Zəngəzur dəhlizi 10 Noyabr razılaşmasının əsas müddəalarından biridir və Azərbaycan üçün vacib məsələdir. Regionda yeni reallıqların yaranması səbəbindən qardaş Türkiyə ilə əməkdaşlığın iqtisadiyyatın bütün sahələri üzrə, o cümlədən nəqliyyat və infrastruktur sahəsində də yeni perspektivləri meydana çıxır. Zəngəzur Dəhlizi Azərbaycanı Naxçıvana birbaşa birləşdirəcək və Türkiyə vasitəsilə qərb ölkələri ilə nəqliyyat əlaqələrinin kəsintisiz həyata keçirilməsinə şərait yaradacaqdır.
Namiq Muradov-YAP Sabuncu rayon təşkilatının fəal üzvü