Çempionlar Liqası: “Qalatasaray”ın səfər sınağı, Mahir Emrelinin komandası Yunanıstan klubuna qarşı - AFİŞA

Çempionlar Liqası: “Qalatasaray”ın səfər sınağı, Mahir Emrelinin komandası Yunanıstan klubuna qarşı - AFİŞA Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

Oxu.az xəbər verir ki, ilk oyun günündə yeddi oyun baş tutacaq.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Yunanıstanda AEK-in qonağı olacaq.

Türkiyənin turnirdəki təmsilçisi “Qalatasaray” Sloveniyada “Olimpiya” ilə qarşılaşacaq. Bu cütün məğlubu Avropa Liqasının pley-off mərhələsində “Qarabağ” - HIK (Finlandiya) duelinin güclüsünə rəqib olacaq.

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

8 avqust

22:00. “Rakuv” (Polşa) - “Aris” (Kipr)
22:00. “Kopenhagen” (Danimarka) - “Sparta” (Çexiya)

22:30. PSV (Niderland) - “Şturm” (Avstriya)

22:45. AEK (Yunanıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)

22:45. “Klaksvik” (Farer adaları) - “Molde” (Norveç)

23:00. “Olimpiya” (Sloveniya) - “Qalatasaray” (Türkiyə)

23:00. “Braqa” (Portuqaliya) - “Baçka Topola” (Serbiya)

Qeyd edək ki, bu raundun digər üç oyunu avqustun 9-da keçiriləcək.

Oxşar xəbərlər