Çempionlar Liqası: “Qarabağ” “Rakuv”u qəbul edir - AFİŞA

Çempionlar Liqası: “Qarabağ” “Rakuv”u qəbul edir - AFİŞA “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

Ağdam təmsilçisi Polşanın “Rakuv” klubunu qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.

İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan “atlılar” mərhələ keçmək üçün ən azı 2 top fərqi ilə qələbə qazanmalıdır. Minimalhesablı qələbə oyunu əlavə vaxta aparacaq.

Qeyd edək ki, bu cütün qalibi III raundda Kiprin “Aris” klubu ilə qarşılaşacaq. Uduzan tərəf isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) - “Molde” (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi (cavab oyunu)
2 avqust

20:00. “Qarabağ” (Azərbaycan) - “Rakuv” (Polşa)

Baş hakim: Sven Yablonski (Almaniya)

İlk oyun - 2:3

Bakı Olimpiya Stadionu

Oxşar xəbərlər