Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır
Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli”elan olunmuşdur. İlin əvvəlindən başlayaraq ölkədə və ölkədən kənarda Ulu Öndərin xatirəsinə həsr olunmuş müxtəlif tədbirlər planı həyata keçirilmişdir. Ulu Öndərin 100 illik yubileyi münasibətilə cənab Prezident İlham Əliyev zəfərimizin rəmzi olan Şuşa şəhərindən Azərbaycan xalqına müraciət edib. Prezident müraciətini Bakıdan yox Şuşadan etməklə Şuşanı zəfərimizin rəmzi, zəfərimizin tacı adlandırıb. Prezident çıxışında bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda tədbirlər keçirilib,10 kəndin təməli qoyulub. Hazırda həmin bölgələrdə quruculuq işləri davam etdirilir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi. Biz onun bu arzusunu çin etdik! Prezident Ulu Öndərin hakimiyyət illərindən, həmin dövrün çətin vəziyyətindən, onun həmişə xalqın yanında olmasından bəhs etmişdir. Həmin dövrdə xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Ulu Öndər Heydər Əliyev çətin günlərdən keçmiş gənc Azərbaycanın xilaskarı oldu.
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. Məhz onun qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir. Burada onun fəaliyyəti təkcə iqtisadi islahatlarla məhdudlaşmırdı. Milli-mənəvi dəyərlərin qorunmasında onun çox böyük rolu olmuşdur, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində çox böyük rolu olmuşdur. Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, onun rəhbərliyi ilə nizami ordu yaradılmışdır.
Ulu Öndər Heydər Əliyev neft strategiyası bu gün imkan verir ki, biz inkişaf edək, imkan verir ki, biz Qarabağı, Zəngəzuru yenidən quraq. Yəni, Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir və biz onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sadiq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözümdə durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur.
Bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Məleykə Əkbərova

Oxşar xəbərlər