ABŞ-də leysan yağışları daşqınlara səbəb oldu: ölən və itkin düşənlər var

ABŞ-də leysan yağışları daşqınlara səbəb oldu: ölən və itkin düşənlər var ABŞ-nin Pensilvaniya ştatının Upper Makefild şəhərində güclü yağışlar daşqınlara səbəb olub.

Xarici KİV xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.

Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 9 aylıq körpə, 2 yaşlı uşaq və bir qadın olmaqla 3 nəfərin itkin düşdüyü bildirilib.

Milli Hava Xidmətinin (NWS) verdiyi məlumata görə, Nyu-York, Boston və Filadelfiya kimi böyük şəhərlər də daxil olmaqla, Yeni İngiltərə və Orta Atlantik bölgələrinin leysan yağışına səbəb ola biləcək fırtınaların gözlənildiyi bildirilib.

Oxşar xəbərlər