
“Bu barədə Türkiyə səfirliyi məlumat yayıb.
"Prezident seçkilərinin ikinci turu üçün səsvermə səfirliyimizdə 20, 21 və 22 may tarixlərində saat 08:00-22:00 arasında keçiriləcək", - məlumatda qeyd olunub.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Nəticələrə əsasən, “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan 49,51%, “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu 44,88%, “ATA İttifaqı”nın namizədi Sinan Oğan 5,17% səs toplayıblar. Seçkilərdə namizədliyini geri götürən “Məmləkət” partiyasının sədri Məhərrəm İncə isə seçicilərin 0,44%-i səs verib. Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-i baş tutacaq.
