
“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, ölkə üzrə seçki məntəqələri saat 20:00-da bağlanıb.
Gürcüstanın xarici ölkələrdəki səfirliklərində yaradılan seçki məntəqələri yerli vaxtla saat 24:00-dək fəaliyyət göstərəcək.
Seçkilərin ikinci turunda iki namizəd – hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze mübarizə aparıb.