Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi

Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yükdaşıma qabiliyyətinə malikdir. Hazırda yükdaşıma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişləndirilməsinə vəsait ayrılıb.
Artıq neçə ildir ki, neftin tranzitini yalnız Türkmənistandan yox Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.
Bu gün artıq tranzit ölkə olmaq vacib şərtlərdəndir. Bunun əsası yeni iş yerləri və istehsalatla bağlıdır. Buna görə də iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində əsas işlər görməliyik və görürük.
Uğura aparan əsas amillərdən biri də biznes mühitinin yaxşı təşkil olunması və təkmilləşdirilməsidir. Ən inkişaf etmiş ölkələrin də əlavə investisiyalara ehtiyacı var.
İlham Əliyev həmçinin üçtərəfli əlaqələrə də toxunub: Hazırda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan, Azərbaycanla Türkiyə, və Gürcüstanla Türkiyə arasında olan münasibətlər və üçtərəfli əlaqələrdir. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri sayəsində və b. Üçtərəfli əməkdaşlıq formatı var.
Digər bir məsələs isə dəmir yol şəbəkəsinin inkişaf etdirilməsidir. Qazaxıstan, Azərbaycan, Mərkəzi Asiya ölkələri arasında yaxşı dəmir yolu bağlantıları yoxdur.
Təbii qazın daşınması ilə bağlı isə ciddi işlər görülür. Avropa Komissiyasından müraciət daxil olunan kimi dərhal müxtəlif istiqamətlərdə işlər görülməyə başlandı. Birinci hasilatın fiziki artımını, sonra səmərəliliyi, itkilərin azaldılmasını və daxildə istifadə etdiyimiz qaza harada qənaət edə biləcəyimizi və onun Avropa bazarına ötürülməsi kimi işlər görüldü.
Cənab prezident həmçinin Ermənistanla olan münasibətdən də söz açıb: Ermənistan bizim sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.
Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.

Zabrat qəsəbəsi, 307 nömrəli tam orta məktəbin
tarix müəllimi Ayşən Kərimli

Oxşar xəbərlər