Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə rasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin artması istiqamətində xüsusi əhəmiyyət daşımışdır

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə rasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin artması istiqamətində xüsusi əhəmiyyət daşımışdır
Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi məqsədi ilə tez-tez dünya ölkələrinə işgüzar səyahətlər edir. Cənubi Qafqaz regionunun ən güclü ölkəsi olaraq regionda birgə inkişafın təmini istiqamətində cənab prezident böyük addımlar atır. Nəzərə alsaq ki, Ermənistanla münasibətlərimiz illərdir düşmənçilik səviyyəsindədir, o zaman regionda bizə əsas tərəfdaş ola biləcək Cənubi Qafqaz ölkəsi Gürcüstandır. Bu iki Qafqaz ölkəsi arasında əməkdaşlıq illərdir davam edir və qarşılıqlı dostluq əlaqələrinə əsaslanır. Bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyev 24 oktyabr tarixində Gürcüstana yeni bir işgüzar səfər etmiş və bu səfər iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinə yeni təkan verəcək. Səfər zamanı bildirilib ki, illərdir davam edən strateji tərəfdaşlıq əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxıbdır. Azərbaycan və Gürcüstan arasında bir çox sahələr üzrə olan fəal əməkdaşlıq əlaqələri iki ölkənin həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir birini dəstəkləməsinə, həm də, Avropa üçün xüsusi əhəmiyyət daşıyan bir çox layihələri ikitərəfli formatda həyata keçirməsinə səbəb olmuşdur.Azərbaycan həmçinin Ermənistanla da olan münasibətlərə aydınlıq gətirilib. Bildirilib ki, Azərbaycanın məqsədi Qarabağ münaqişəsinə son qoyub Cənubi Qafqaz regionuna sülh və əməkdaşlığı gətirməkdir. Eyni zamanda vurğulanıb ki,əgər Ermənistan tərəfi Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlamağa hazırdırsa, ölkəmiz buna da hazırdır.
Ticarət dövriyyəsi sahəsində davam edən əməkdaşlıq məsələlərinə toxunularaq Azərbaycan tərəfinin Gürcüstana qoyduğu sərmayə layihələrdən danışılıb. Səfər zamanı qaz ixracı məsələləri ilə bağlı da geniş danışıqlar olmuş iki tərəfli layihələr müzakirə edilmişdir. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin və ixrac istiqaməti Gürcüstandan keçir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklərini səfər zamanı açıqlayıblar. Hazırda enerji resurslarına bütövlükdə dünyada və Avropada böyük tələbat olduğunu nəzərə alsaq Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək öz milli ölkə maraqlarını təmin edirlər.
Əsrlər boyu dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayan xalqlarımız, bundan sonrada bu ənənələrə sadiq qalacaqdır. Möhkəm təməl üzərində qurulan əlaqələr iki xalqın ortaq maraqları çərçivəsində dostluq şəraitində davam edəcəkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi səfər iki ölkə rasında qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin artması istiqamətində xüsusi əhəmiyyət daşımışdır.

Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
tarix müəllimi Xəyalə Əsgərli

Oxşar xəbərlər