
Azərbaycanın dünyada yaşayan bütün azərbaycanlıların hüquqlarına sahib çıxması da İranı ciddi narahat edən səbəblərdir. İran ərazisində yaşayan 40 min Cənubi Azərbaycan türkü var və bu da onu narahat edir. Həmçinin, Fransa əzəli və əbədi formada anti-Azərbaycan, antimüsəlman mövqeli bir dövlətdir. Hal-hazırda Ermənistanla münasibətləri yüksək səviyyədədir və bu ondan xəbər verir ki, Fransa, əslində, erməni lobbisi təsiri altında olmaqla bərabər həm də öz nifrətini bu formada Ermənistan üzərindən yağdırmağa çalışır. Belə bir hərəkətin edilməsi Azərbaycana ciddi təsir edən amillər deyil. Lakin sözügedən dövlətlərə ciddi təsir edən amillərdir. Bu isə o deməkdir ki, bu proseslər gələcəkdə daha böyük problemləri onlar üçün yaradacaq. Bu gün Fransanın Azərbaycana qarşı tutduğu mövqe onun Cənubi Qafqazdan daha da uzaqlaşdırmağa aparıb çıxarır, bu isə yaxın gələcəkdə Fransanın bölgədən çıxarılmasına gətirib çıxaracaq.
Natiq Mussayev-Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə