Əli Hüseynov: Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır

Əli Hüseynov: Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır Azərbaycan səhiyyəsinin günü-gündən inkişaf etməsi göz qabağındadır. Səhiyyənin və eləcə də bütünlükdə tibb ocaqlarının tərəqqi və inkişaf etməsi haqqında danışdıqda, ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncam və fərmanların nə qədər böyük əhəmiyyət daşıdığını görürürük. Bu sərəncam və fərmanlar nəticəsində dünya standartlarına cavab verən klinika və xəstəxanalrı, ambulator və poliklinikaları, qospital və tibb məntəqələrini göz önünə gətirmək kifayətdir.
Belə ki, yeni tikilən tibb ocaqları ilə bərabər həm də yüksək səviyyədə təmir və bərpa olunmuş xəstəxanalar bu gün öz vətəndaşlarına xidmət göstərirlər. Ölkəmizdəki onlarla səhiyyə və tibb ocaqlarında fəaliyyət göstərən həkimlərin böyük bir hissəsi, dünyanın ən qabaqcıl universitet və akademiyalarında təhsillərini almış mütəxəssislərdir. Bu mütəxəssislərin əksəriyyəti təhsillərini başa vurduqdn sonra ölkəmizə qayıdaraq xalqımıza xidmət etməkdədirlər.

Bu gün biz inamla deyə bilərik ki, ölkəmizdə onlarla, bəlkə də yüzlərlə savadlı, bacarıqlı, yüksək ixtisaslı həkimlərimiz vardır. Hətta, xarıcı dövlətlərdən belə müayinə olunmaq üçün Azərbaycana gələrək bizim həkimlərimizə müraciət edən yüzlərlə vətəndaşlar vardır. Belə tibb ocaqlarından biri də Ağsu Rayon Mərkəzi Xəstəxanasıdır.

Yuxarıda qeyd etdiyim kimi yüksək ixtisaslı həkim və tibbi əməkdaşların çalışdığı bu tibb ocağanda xəstələrə xidmət göstərilməsi üçün hər cür şərait vardır.
Yüksək standartlara cavab verən bu xəstəxana geniş quruculuq və abadlıq işləri görülmüşdür. Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır.
Ağsu Rayon Mərkəzi Xəstəxanasında bir çox şöbələr fəaliyyət göstərir.

Mən sağlamlığım üçün əhəmiyyət kəsb edən bu xəstəxanada həkim və tibbi heyətin həm peşəkarlığını, həm təcrübəli olmalarını, eyni zamanda da xəstələrə göstərdikləri diqqət və qayğını görüb, bu haqda yazmağı qərara aldım. Çünki, bu gün hər kəs sağlamlığını bacarıqlı həkimlərə etibar etməyə üstünlük verir. Bu nöqteyi-nəzərdən belə həkimlərin tanınması vacibdir. Ən dəyərlilərindən biri isə Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynovdur.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının direktoru Əli Hüseynov - Azərbaycanın Zəfər savaşının əlamətdar günlərini yaşayırıq. Zəngilanda keçirilən tədbirlərə daha xoş ovqat qatan isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Zəngilana gəlişi, Cəbrayıl şəhərində olması idi. "Hər zaman azərbaycanlı qardaşların yanındayıq!" deyən, ən çətin günlərdə Azərbaycana mənəvi dəstək olan, qardaş qayğısı göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad olunmuş ərazilərə gəlişindən sonra bu yerlərdə başqa ab-hava yaşanır. Elə bu günlərdə olduğu kimi, hər iki dövlət başçısının iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə verildi, "Dost Aqropark" "ağıllı kənd təsərrüfatı" kompleksinin birinci mərhələsinin açılışı oldu, Qumlaq Dəmiryol Stansiyasının, habelə Azərbaycan-Türkiyə Meşə Təlim Mərkəzi, "Ağıllı Tinglik" və "Dostluq Meşəsi" Kompleksinin təməli qoyuldu, ictimaiyyət nümayəndələri ilə görüşlər könülləri oxşadı. Bütün bunlar nəinki vaxtilə bu yerlərdən qaçqın-köçkün düşmüş insanların, bütövlükdə bütün Azərbaycansevərlərin qəlbində xoş duyğular oyatdı.

Əli Hüseynov: Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır


Yeri gəlmişkən, işğaldan azad olunmuş Azərbaycan ərazilərinə bu gün yeni həyat, yeni nəfəs qayıdır. Belə ki, Ermənistanın 30 ilə yaxın işğalı dövründə dağıdılan, yerləyeksan edilən hər bir yaşayış məntəqəmizdə hazırda abadlıq-quruculuq işləri sürətlə davam edir. Prezident İlham Əliyev ardıcıl olaraq azad olunmuş ərazilərə səfərlər edir, aparılan işlərin gedişi ilə şəxsən tanış olur. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına növbəti səfər zamanı bir sıra yeni obyektlərin təməlini qoyub, Böyük qayıdışın başladığı Zəngilanın Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi və sakinləri ilə görüşüblər. Dövlət başçısı deyib ki, burada həyat qaynayacaq: "Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər".

Vətən müharibəsinin qələbə ilə başa çatmasından cəmi 1 il 8 ay sonra "ağıllı kənd" layihəsinin ilk nümunəsi olaraq Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Sakinlər yüksək keyfiyyətli, müasir texnologiyalarla təchiz edilmiş evlərlə təmin olunublar. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri zamanı mühüm hadisələrdən biri də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Bu, işğaldan azad olunmuş ərazilərdə qısa müddət ərzində inşa edilən ikinci aeroportdur. Zəngilan Beynəlxalq Hava Limanının ilk ali qonağının qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın olması xalqımızda yüksək məmnunluq doğurdu. Səfər sonu Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatları zamanı Prezident İlham Əliyev demişdir: "Bu gün Zəngilanın Ağalı kəndindəki bu rəsmi mərasim tarixdə qalacaq. Adətən rəsmi mərasimlər paytaxtlarda keçirilir. Ancaq biz rəsmi mərasimləri bütün görüşlər zamanı keçiririk. Həm Şuşada, həm də bu gün Zəngilanda rəsmi mərasimlərin keçirilməsi, Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səslənməsi, bizim birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu tarixi biz birlikdə yazırıq. Necə ki bütün müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik".

Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, işğaldan azad olunan ərazilərimizdə iki ildən az müddətdə ikinci beynəlxalq hava limanı istifadəyə verildi. Bu, ölkəmizin gücünü göstərməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun intensiv bərpa olunduğundan, həmin bölgələrdə təhlükəsizlik tədbirlərinin daha da gücləndirildiyindən xəbər verir. Qeyd etməliyik ki, Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə edilməklə yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bundan sonra hava limanı "Şərq-Qərb", "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla, həmin ərazilərimiz vasitəsilə daşınan beynəlxalq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Şərqi Zəngəzurda turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından çox əhəmiyyətlidir.

Əli Hüseynov: Xəstəxanada vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür zəruri şərait yaradılıbdır


Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları zamanı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında deyib: "Bugünkü səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilən bu bölgələrinin qısa müddət ərzində həqiqətən necə dirçəldiyini, necə sürətlə inkişaf etdiyini gördük. Bu, hər igidin, hər siyasətçinin işi deyil. Bu qədər qısa müddətdə bu investisiyaları yatırmaq, bu işləri həyata keçirmək, inanıram ki, doğma yurdundan ayrılmağa məcbur qalmış azərbaycanlı qardaşlarım üçün buradan bir müjdə vermək imkanı yaradır. Çünki azərbaycanlı qardaşlarım ayrıldıqları torpaqlara, inanıram ki, ən qısa vaxtda son dərəcə gözəl şəkildə inşa edilən, canlandırılan bu yerlərə qayıtmaq imkanı əldə edəcəklər. Burada qarşımızdakı binaya, sol tərəfimizdəki binalara baxırıq. Bu binalar orijinal, tarixi üslubda son dərəcə gözəl bir şəkildə inşa edilir".

Xatırladaq ki, nəinki Zəngilanda, Cəbrayılda, Qubadlıda, Ağdamda, Şuşada, ümumiyyətlə, erməni vandallığına məruz qalmış, erməni işğalından azad edilmiş bütün ərazilərdə çox vacib layihələr həyata keçirilir. Əsas məqsəd soydaşlarımızın öz ata-baba yurdlarına tezliklə qayıtmasıdır. Həm Qarabağ iqtisadi zonasında, həm də Şərqi Zəngəzur iqtisadi zonasında böyük işlərin görülməsinin şahidi oluruq. Xüsusilə, hava limanlarının tikintisi, yolların çəkilməsi, yeni infrastrukturun yaradılması regiona böyük töhfələr verəcək. Digər tərəfdən həm Cəbrayıl, həm Qubadlı, bütövlükdə Şərqi Zəngəzur İqtisadi Zonası geniş iqtisadi potensiala malikdir. Orada kənd təsərrüfatı, turizm, eləcə də sənayenin bütün sahələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Əlbəttə, infrastrukturların bərpası, yolların çəkilməsi görülən işlərin daha səmərəli olmasına kömək edir. Ən əsası, bütün bu görülən işlər ölkə iqtisadiyyatına və insanların sosial həyat şəraitinin daha da yaxşılaşmasına öz təsirini göstərəcəkdir.

Oxşar xəbərlər