Azərbaycan ədalətli sülhün tərəfdarıdır

Azərbaycan ədalətli sülhün tərəfdarıdır
“Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib.” – bu sözləri cənab Prezident İlham Əliyev Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında söyləyib.
Azərbaycanın Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında iştirakı ölkəmizin dünya siyasi arenasında və problemlərin həlli istiqamətində güvənilən, söz sahibi bir gücə çevrildiyinin əyani sübutudur. Təbidir ki, bunda ölkəmizin onillər boyu zamanın buxovlarından qurtularaq əldə etdiyi müstəqillik savaşında inkişaf etməsi və sonda isə 44 günlük Zəfər müharibəsində öz sözünü əmələ çevirməyi bacaran bir dövlət kimi adını dünya siyasət və hərb tarixinə qızıl hərflərlə yazmasından təcəlli edir. Elə bunun bariz nümunəsi kimi son bir ayda cənab Prezidentin iştirak etdiyi beynəlxalq tədbir və görüşlər sülh və əməkdaşlıq şəraitinə önəm verən Azərbaycnaın maraqlarını bir daha ortaya qoyur. Araqlarımız isə bir məqamda kəsişir – sakit sülh şəraiti.
Astanada keçirilmiş bu iclas da digər tədbirlər kimi özündə böyük əhəmiyyət kəsb edir. Çünki bu görüşlər zamanı qətiyyətli Ali Baş Komandanımız xalqımızın maraqlarından düzgün şəkildə çıxış edərək əsl siyasi məharət ortaya qoyur. Bu isə Azərbaycan xalqının belə nəhəng siyasətçinin rəhbərliyi altında daha böyük uğurlara imza atacağından xəbər verir.
Görüş zamanı digər dövlət başçılarının da fikirlərinə nəzər yetirsək görərik ki, hər bir dövlət mətnaltı mənalar ilə Azərbaycanın sülh və regionda sabitlik yaratmaq səylərini alqışlayır. Bunu səbəb bu gün qlobal problemlər ilə üzləşmiş dünyamızda yeni münaqişələrin baş verməsi və böyüməsi geniş siyasi və iqtisadi böhranları da özü ilə birgə gətirir. Elə buradan yola çıxaraq deyə bilərik ki, Ermənistan hakimiyyəti davamlı sülhün və əmin-amanlığın yaranması üçün şərt olan müqaviləni imzalamaq üçün danıışıqlar masasına gəlməyi nə qədər uzadacaqsa və öz saxta bəyanatları, təxribat xarakterli hərəkətləri ilə nə vaxta qədər mənfurluq xisləti ilə yaşayacaqsa dəmir yumruq daim başları üzərində olacaqdır.
Təsadüfi deyil ki, ötən günlərdə cənab Prezident Bişkekdə və Rusiyada səfərdə olduğu zaman da regionda sülh və əməkdaşlığın, delimitasiya və sərhəd sabitliyi məsələləri ilə bağlı danışıqlara – davamlı sülhə hazır olduğunu dəfələrlə vurğulayıb. Amma təəssüflər olsun ki, qonşu dövlət hələ də başqa ölkələrin onların yalan senariləri üzərindən olan bəyanatları yaymalarının vəziyyəti dəyişəcəyinə inanırlar. Astanada keçirilən iclas ilə bağlı Rusiya XİN-in başçısı Lavrov belə: bu görüş sülh müqaviləsinin imzalanmasında faktik olaraq böyük rol oynayacaqdır…” – deyə qeyd edib. Ermənistan tərəfinin isə kimi və ya nəyi gözlədiyi hələ də sual altındadır…

Sabunçu rayonu, 80 №-li tam orta məktəbin
direktoru Təranə Müzəffərova



Oxşar xəbərlər