Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib

Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib

1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bu gün Azərbaycan artıq bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanıb.Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ixrac olunan xam neftin bu tərəfdaşlığın davam etdirilməsində mühüm rolu vardır. Dövlətimiz Avropa və Asiya bazarlarına xam neftini ixrac etməklə dövlətlərin və xalqların həyat şəraitinin yaxşılaşdırılmasına töhfələr verir və bu proses hər il davam etdirilməkdədir.
2018-ci il oktyabrın 18-də Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib. “Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton olmaqla, müxtəlif həcmlərdə dizel yanacağı, təyyarə yanacağı, yüngül nafta və digər emal məhsullarını istehsal etmək imkanına malikdir. Zavod Türkiyənin təyyarə yanacağına olan tələbatının böyük hissəsini ödəmək iqtidarındadır.
Azərbaycan ötən müddət ərzində təkcə təchizatçı deyil, həm də etibarlı tranzit ölkəyə çevrilib. Xəzərin şərq sahillərində yerləşən ölkələr beynəlxalq bazarlara öz karbohidrogen ehtiyatlarını Azərbaycan ərazisindən nəql edirlər. Həmçinin Rusiya şirkətləri ölkənin Xəzər dənizi sektorundan çıxarılan nefti Bakı-Tbilisi-Ceyhan vasitəsilə beynəlxalq bazarlara nəql etməyə üstünlük verir.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində iqtisadiyyatı sürətli
templərlə inkişaf edən respublikamız dünyanın neft-qaz ixrac edən aparıcı dövlətlərindən birinə çevrilmək istiqamətində iti addımlarla irəliləyir. Bu gün artıq Azərbaycan regionun lider dövləti kimi beynəlxalq birliyin əsas tərəfdaşıdır.

Sabunçu rayonu, 155 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Natəvan Nəsirova

Oxşar xəbərlər