
Report istinadən xəbər verir ki, bunu layihənin Baş direktorunun müavini Emil Alxaslı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu sistem 2022-ci ilin yanvar ayında işə salınacaq.
O bildirib ki, sistemin buxarla təmizlənməsinə başlanılacaq, borular yuyulacaq, bu zaman yüksək səs dalğalarının ətrafa yayılması gözlənilir.
Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.