Sentyabrın 12-dən 13-nə keçən Ermənistan ordusunun Azərbaycan sərhəddində törətdiyi təxribat zamanı 135 erməni hərbçi ölüb.Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bu günə qədər təsdiqlənmiş qurbanlarımızın sayı 135-dir. “Lakin təəssüf ki, bu rəqəmin hələ yekun olmadığını bilirik. Çoxlu yaralı var”, - Paşinyan bildirib.