Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL Vətən Müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun xatirəsi anılıb

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Avqustun 30-də Vətən Müharibəsi şəhidi Əsgərov Rüfət Mürvət oğlunun doğum günündə İkinci Fəxri xiyabanda məzarı ziyarət olunub. Məzarı üzərinə əklil qoyulub, tər güllər düzülüb, şəhidimizin ruhuna dualar oxunub. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin şöbə müdirləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid övladları üçün şənlik təşkil olunub

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “El-Chacho” əyləncə mərkəzində şəhid övladları üçün şənlik təşkil olunub.

Tədbirdə qeyd olunub ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir.
Sonra şəhid övladları üçün əyləncəli oyunlar, səhnəciklər nümayiş olunub. Tədbirdə şən klounlar, nağıl qəhrəmanları məzəli oyunları ilə uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb, xoş əhval-ruhiyyə yaradıb.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Xətai rayonunda yeni istifadəyə verilmiş amfiteatrda Laçının işğaldan tam azad olunması ilə əlaqədar möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Bakının Xətai rayonunda Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülməsi ilə əlaqədar möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub.
https://www.youtube.com/watch?v=ByfLEULng-Y

Xətai Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə genişmiqyaslı abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilən Ulu Öndər Heydər Əliyev adına istirahət parkında yeni qurulmuş amfiteatr səhnəsində keçirilən bayram konsertində Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti və əzmkarlığı sayəsində əldə olunan tarixi Zəfərdən danışılıb.

Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, şəhid ailələrinin, qazilərin, ziyalıların və sakinlərin qatıldığı konsertdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyiblər. Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə minnətdarlıq ifadə olunub.

Tədbir zamanı səhnədə quraşdırılmış ekranda Laçına qayıdışımızla bağlı, həmçinin Xətai rayonunda yeni istifadəyə verilmiş Ulu Öndər Heydər Əliyev adına parkın, Nizami Gəncəvi adına parkın və Milli Qəhrəman general Polad Həşimovun adını daşıyan Şəhidlərin Xatirə Parkının, o cümlədən “Gənclik” parkının açılış mərasimlərindən görüntülər nümayiş etdirilib. Bildirilib ki, rayondakı Heydər Əliyev parkının ərazisi 4 hektardan 14 hektara çatdırılıb, sakinlərin asudə vaxtlarını dolğun keçirməsi üçün burada hər cür şərait yaradılıb. Burada 918 nəfərlik amfiteatr səhnəsi quraşdırılıb.

Konsertdə bir çox məşhur incəsənət ustaları tamaşaçılara bir-birindən maraqlı ifalar təqdim ediblər. Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan bayram konserti atəşfəşanlıqla başa çatıb.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


56 saylı tam orta məktəbdə səyyar qəbul keçirildi

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Avqustun 25-də 56 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat verdi.
Sonra Xətai rayonunda görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verdi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Oxşar xəbərlər