Abşeron rayonunda silsilə tədbirlər keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib Abşeron rayonunda şəhid Babək Allahverdiyevin doğum günü qeyd edilmişdir

Abşeron rayonunda silsilə tədbirlər keçirilib


Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı Vətən Müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinbə yüksələn, “Azərbaycan bayrağı”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” örden və medallarına layiq görülən Baş leytenant Allahverdiyev Babək Bəxtiyar oğlunun anadan olmasının 43-cü il dönümü qeyd edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri və qazilərlə birgə İkinci Fəxri Xiyabanda uyuyan şəhidimizin məzarını ziyarət etmiş, vətənimizin bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi yad edilmiş, ruhlarına dualar oxunmuş, məzarları üzərinə tər çiçəklər düzülmüşdür.
Şəhidimizin keçdiyi döyüş yolundan danışılmış, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilmiş, məktəblilərin vətənpərvərliyə və qələbəyə aid səsləndirdiyi şeirlər dinlənilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvləri ilə görüşmüş, onların problemləri və qayğıları ilə maraqlanmışdır.
Anım tədbiri daha sonra Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində davam etdirilmışdır. Burada şəhidlərin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə çıxış edənlər Abşeron rayonunda şəhid və qazi ailələrinə hər zaman böyük diqqət və qayğının göstərildiyini qeyd edərək buna görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişdlər.
Sonda Abşeron məktəblilərinin və incəsənət nümayəndələrinin iştirakı ilə bədii kompozisiya təqdim olunmuş, şəhidin həyat və fəaliyyətindən söz açılmışdır.

Abşeron rayonunda silsilə tədbirlər keçirilibAbşeron rayonunda silsilə tədbirlər keçirilibAbşeron rayonunda silsilə tədbirlər keçirilib
Abşeron rayonunda silsilə tədbirlər keçirilib


Abşeron rayonunda vətəndaş qəbulları keçirilib

Abşeron rayonunda silsilə tədbirlər keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinin operativ həlli ilə bağlı göstərişlərinə uyğun olaraq Abşeron rayonunda silsilə vətəndaş qəbulları keçirilmişdir.
Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan ənənəvi vətəndaş qəbulunda RİH başçısı Abdin Fərzəliyev, şəhid ailələri, qazilər və rayon sakinləri iştirak etmişdir.
Sakinlər bəzi tikinti şirkətlərində üzləşdikləri problemlərin aradan qaldırılmasında, mülkiyyət hüquqlarının tanıdılmasında, işlə təmin olunmaqda köməklik göstərilməsini xahiş etmişlər.
Növbəti gün isə Pirəkəşkül-Qobustan kəndlərinin sakinləri ilə keçirilən səyyar-qəbulda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, qazilər və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbulda çıxış edən Abdin Fərzəliyev Abşeron rayonunda əhalinin sürətli artımının müşahidə olunduğunu və bununla əlaqədar olaraq bir sıra ehtiyacların meydana gəldiyini, məktəb və bağçalarda sıxlığın yarandığını bildirmişdir. Rayonun kənd və qəsəbələrində olan problemlərin öyrənildiyini və onların tez bir zamanda həlli istiqamətində proqramların hazırlandığını vurğulayan RİH başçısı Abşeronda həyata keçirilən infrastruktur layihələri barəsində məlumat vermişdir.
Sonra Pirəkəşkül kənd və eyni nümayəndəlikdə birləşən Qobustan yaşayış məntəqəsinin sakinləri çıxış edərək kənd ərazisində müasir standartlara uyğun yolun çəkildiyini qeyd edərək buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarıını ifadə etmişlər. Sakinlər kənd ərazisində içməli suyun verilmə saatının və müddətinin artırılmasında, yağışlı və küləkli havalarda elektrik enerjisinin təminatında yaranan problemlərin aradan qaldırılmasında, inşası yarımçıq qalmış bağça binasının tikintisinin başa çatdırılmasında, tibb işçilərinin sayının artırılmasında, kəndlərin mərkəzi küçələrinə asfalt örtüyünün çəkilməsində, təhlükəsizlik kamaralarının quraşdırılmasında, marşrut avtobuslarının sayının artırılmasında və digər məsələlərin həllində köməklik göstərilməsini xahiş etmişlər.
Qəbullarda sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verilmişdir.

Abşeron rayonunda silsilə tədbirlər keçirilibAbşeron rayonunda silsilə tədbirlər keçirilib

Oxşar xəbərlər