Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL Xətai rayonunda şəhidlərin xatirə kompleksinin açılışı olub

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


Xətai rayonu M.Hadi küçəsi 2944 saylı ünvanda Vətən müharibəsində şəhid olan Səmədli Elşən Bayram oğlunun, Birinci Qarabağ Müharibəsi şəhidiləri Əliyev İlham Cəbrayıl oğlu və Əliyev Əşrəf Eldar oğlunun xatirə kompleksinin açılışı olub.

Abidə lövhəsi və şəhidlər bulağı rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib, ətraf ərazilər abadlaşdırılıb.

Açılış mərasimində Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin yaxınları və rayon məktəbliləri iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidləri ailə üzvləri çıxış edərək göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.
Daha sonra məktəblilər Vətənə həsr olunan şeirlər səsləndiriblər.
Sonda Vətən müharibəsi şəhidinin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına tər gül-çiçək dəstələri düzülüb.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


24 saylı tam orta məktəbdə səyyar qəbul keçirildi

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


24 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


245 saylı tam orta məktəbdə səyyar qəbul keçirildi

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL


245 saylı tam orta məktəbdə keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, rayon prokuroru Sərdar İmanov, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.
Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev cənab Prezidentin müdrik səyləri ilə həyata keçirilən uğurlu daxili və xarici siyasətin bəhrələrini sadalayaraq əldə olunan uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. İcra başçısı 44 günlük Vətən müharibəsində cənab Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Milli Ordumuzun düşməni məhv edib torpaqlarımızı işğaldan azad etməsini və azad olunmuş ərazilərdə başlanmış nəhəng quruculuq işlərinin də məhz bu uğurlu siyasi kursun bəhrəsi olduğunu xüsusi vurğulayıb.
Rayon Prokuroru Sərdar İmanov çıxış edərək bildirdi ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında fəaliyyətini mütərəqqi islahatlara uyğun şəkildə təkmilləşdirən Azərbaycan Prokurorluğu bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirməklə fəal vətəndaşlıq mövqeyində dayanan mübariz bir təsisat kimi dövlətçiliyimizin maraqlarının və qanunun aliliyinin təmin edilməsi, cinayətkarlığa qarşı kəsərli mübarizə aparılması, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.
Səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏLXətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Xətai rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Oxşar xəbərlər